Azərbaycan Respublikası vətəndaşlığından çıxma

 AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun əhatə dairəsinin nəzərə alınması ilə bağlı vətəndaşların diqqətinə!

Baş konsulluğa konsulluq xidmətləri ilə bağlı müraciət etmədən öncə 1963-cü il Konsulluq əlaqələri haqqında Vyana konvensiyasının 4-cü maddəsinin 2-ci bəndi ilə tənzimlənən konsulluq dairəsi (Konsulluq qurumunun yerləşmə məkanı, onun sinifi və konsul dairəsi yerləşdiyi ölkənin razılığı ilə təmsil olunan dövlət tərəfindən müəyyən edilir) (AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun konsulluq dairəsinin siyahısı) üzrə müəyyən olunmuş region prensipinin nəzərə alınması xahiş olunur.

 

Azərbaycan Respublikası vətəndaşlığından çıxma

 

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün tələb olunan sənədlərin siyahısı:

  1. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə Ərizə-anket  (WORD) (ərizə-anket 5 (beş) nüsxədə və tam doldurulmalıdır);
  2. 5 ədəd rəngli fotoşəkil (35 mm x 45 mm), (fotoşəkillər anketlərin 1-ci səhifəsində fotoşəkilin yapışdırılması üçün nəzərdə tutulmuş yerə yapışdırılmalı);
  3. Ərizəçinin şəxsiyyətini təsdiq edən və digər mövcud sənədlərin surəti (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi bilet, nikah haqqında şəhadətnamə və sairə);
  4. Tərcümeyi-hal;
  5. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün səbəbini göstərməklə Azərbaycan Respublikası Prezidentinin adına ərizə (sərbəst formada);
  6. Ərizəçinin RF-də yaşaması haqqında icazə və tərcüməsi;
  7. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.2.2-ci maddəsinə əsasən, şəxsin vətəndaşlığına xitam verilməsi üçün 60 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilməlidir. Dövlət rüsumunun Baş konsulluğun bank hesabına (Bank rekvizitləri: Филиал «Центральный» Банка ВТБ, ИНН получателя: 9909058879, Номер счета получателя платежа: 40807810300280209497, БИК: 044525411, Корсчет: 30101810145250000411) ödənilməsini təsdiq edən qəbz;
  8. Poçt markası və üzərində Sizin ünvan yazılmış 3 (üç) ədəd zərf (sənədlərin icraata götürülməsi, icra vəziyyəti və nəticəsi barədə müvafiq arayışların vətəndaşa göndərilməsi üçün);
  9. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün tələb olunan bütün sənədlər 5 nüsxədə və hər nüsxə ayrı-ayrılıqda fayla qoyularaq təqdim olunmalıdır.  

Qeyd: Əgər ərizəçi 14 yaşı tamam olmayan azyaşlı uşağı (uşaqları) ilə birgə vəsatəti təqdim edirsə:

1. həmin uşaq (uşaqlar) haqqında məlumatlar valideyn tərəfindən doldurulan Ərizə - anketə yazılmalıdır (ərizə-anketin 14-cü bəndi);

2. uşağın (uşaqların) fotoşəkilləri valideynin Ərizə - anketində valideynin şəkillərinin yanına yapışdırılmalıdır;

3. uşağa (uşaqlara) aid sənədlərin surəti və Azərbaycan dilinə tərcümələri əlavə edilməlidir (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və sairə);

4. uşağın Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz edilmədiyinə dair digər valideynin razılıq ərizəsi (ərizə notariat qaydasında təsdiq edilməli və tərcümə edilməlidir. Əgər sənədlər ərizəçilər tərəfindən Baş konsulluqda şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notarius tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur) və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə;

Qeyd: Sənədləri təqdim edərkən əlaqə məlumatlarınızı (telefon nömrəsi, e-mail ünvanı və s.) qeyd etməyi unutmayın. 

Qeyd: Əgər ərizəçi 14 – 18 yaşında olan uşaqları ilə birgə vəsatəti təqdim edirsə:

1. həmin uşaq (uşaqlar) haqqında məlumatlar valideyn tərəfindən doldurulan Ərizə - anketə yazılmalıdır (ərizə-anketin 14-cü bəndi);

2. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə Ərizə-anket (ərizə-anket 5 (beş) nüsxədə doldurulmalı);

3. 5 (beş) ədəd rəngli fotoşəkil (35 mm x 45 mm), (fotoşəkillər anketlərin 1-ci səhifəsində fotoşəkilin yapışdırılması üçün nəzərdə tutulmuş yerə yapışdırılmalı);

4. uşağa (uşaqlara) aid sənədlərin surəti və Azərbaycan dilinə tərcümələri əlavə edilməlidir (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və sairə);

5. Tərcümeyi-hal;

6. uşağın (uşaqların) valideynlə birgə Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz etmədiyinə dair razılıq ərizəsi (ərizə notariat qaydasında təsdiq edilməli və tərcümə edilməlidir. Əgər sənədlər ərizəçilər tərəfindən Baş konsulluqda şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notarius tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur);

7. hər iki valideynin uşağın (uşaqların) Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz etməməsinə dair razılıq ərizəsi (ərizə notariat qaydasında təsdiq edilməli və tərcümə edilməlidir. Əgər sənədlər ərizəçilər tərəfindən Baş konsulluqda şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notarius tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur) və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə;

Qeyd: Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi prosesinin tezləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizənin, ərizə-anketin və tərcümeyi-halın kompüterdə yazılması məqsədəuyğundur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi müraciətlərinə baxılması 18 ayadək davam edə bilər.

Qeyd: Nəzərə alınmalıdır ki, xarici dillərdə təqdim edilən bütün sənədlər Azərbaycan dilinə tərcüməsi ilə birgə təqdim edilməlidir.

Qeyd: Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan düzəliş edilməsi üçün ərizəçiyə geri qaytarılacaqdır.                                                                   

Qeyd: Baş konsulluq sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

DİQQƏT: Rusiya federasiyası vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları vətəndaşlığı qəbul etdikdən bir ay sonra aşağıdakı anketi dolduraraq, Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun və RF pasportunun surəti ilə birlikdə Baş konsulluğa təqdim etməlidir. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün  Ərizə - anket         

 

Son yenilənmə tarixi: 18.01.2022

Arxiv üzrə axtarış