Baş konsulluqda 27 sentyabr - Anım Günü ilə bağlı keçirilən tədbirə dair
26.09.2025 - 27 sentyabr - Anım Günü ilə bağlı Baş Konsulluqda ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına döyüşərək canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.
Baş konsulluğun əməkdaşları tərəfindən 27 Sentyabr – Anım Gününə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş guşənin önünə gül dəstələri qoyulub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğurunda fədakarcasına canlarından keçmiş qəhrəman şəhidlərimizin keçdiyi döyüş yolundan, habelə 44 günlük Vətən Müharibəsinin ölkəmizin tarixindəki müstəsna əhəmiyyətindən bəhs olunub.



