“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 iyun 2023

Azərbaycan ilə İrkutsk vilayəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev İrkutsk vilayətinə səfəri çərçivəsində vilayətin qubernatoru İqor Kobzev ilə görüşüb.

Görüşdə İrkutsk vilayəti ilə Azərbaycan arasında iqtisadi və humanitar sahələrdə münasibətlərin dinamikası müzakirə olunub.

Qubernator İqor Kobzev kənd təsərrüfatı və turizm sahəsi üzrə ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, Baykal gölünün vilayətin turizm sektorundakı əhəmiyyətindən bəhs edib.

Ş.Mustafayev, öz növbəsində, Azərbaycanın kənd təsərrüfatı, turizm, mədəniyyət və təhsil imkanlarından danışıb, ölkəmizin Rusiyanın federal subyektləri ilə çox sıx münasibətlərinin olduğunu qeyd edib və İrkutsk vilayəti ilə də əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.

Görüşdə qubernatora Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Baş konsulluğun dəstəyi ilə Rusiyada çap olunmuş “Heydər Əliyev - Rusiyadan baxış” kitabı

https://azertag.az/xeber/2659541

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti