Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev və Yekaterinburqdakı Baş konsul v.i.e Şöhrət Mustafayevin Krasnoyarsk şəhərində həmvətənlərlə görüşü keçirilib
Mayın 11-də Krasnoyarsk şəhərinə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Krasnoyarsk diyarı “Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” nin rəhbərliyi və fəalları ilə görüş keçirib. Görüşdə Azərbaycanın Yekaterinburqdakı Baş konsulunun vəzifələrini icra edən Şöhrət Mustafayev, səfirliyin və Baş Konsulluğun əməkdaşları, Krasnoyarsk diyarı qubernatorunun Xarici əlaqələr şöbəsinin müdiri Oksana Tsaryova, həmçinin təşkilatın rəhbəri Taleh Mahmudov iştirak ediblər. Tədbir çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş sərginin açılışı da baş tutub.
https://t.me/AzEmbassyRu/7042