“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 iyun 2022

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğu tərəfindən Primorsk diyarının Vladivostok şəhərində 4-cü Səyyar konsulluq xidməti keçirilmişdir

Cari ilin 24-26 iyun tarixlərində Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun başçısı vəzifəsini icra edən Şöhrət Mustafayevin Vladivostok şəhərinə səfəri çərçivəsində həmin şəhərdə və ətraf rayonlarda yaşayan diaspora fəalları və Azərbaycan Respublikasının vətəndaşları ilə görüşü keçirilmişdir. Görüşdə iştirak edən 2-ci Qarabağ müharibəsində böyük şücaət göstərmiş Ruslan bəylə, habelə Primorsk diyarında yaşayan vətəndaşlarımızın ümumi problemləri ilə yaxından maraqlanılmış, Baş konsulluqda son 5 ay ərzində tətbiq olunan yeniliklər barədə görüş iştirakçılarına ətraflı məlumat verilmişdir. Eyni zamanda, Baş konsulluq tərəfindən RF-nin regionlarda yaşayan vətəndaşlara səyyar konsulluq xidmətinin göstərilməsi ilə bağlı öncədən müəyyən olunmuş qrafıq üzrə Vladivostok şəhərində 4-cü Səyyar konsulluq xidməti uğurla həyata keçirilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti