“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 avqust 2022

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğu tərəfindən RF regionları üzrə sayca 6-cı, Omsk vilayəti üzrə isə 1-ci Səyyar konsulluq xidməti keçirilmişdir

06 avqust 2022-ci ildə Omsk şəhərinin əsasının qoyulmasının 306-cı ildönümü münasibətilə keçirilən “Omsk günləri” tədbirlərində iştirak etmək məqsədilə həmin şəhərə səfər edən Baş konsulluğun nümayəndələri səfər çərçivəsində diaspor nümayəndələri ilə görüşmüş və vilayətdə yaşayan vətəndaşlarımız üçün RF regionları üzrə sayca 6-cı, Omsk vilayəti üzrə isə 1-ci Səyyar konsulluq xidməti həyata keçirilmişdir.

Diaspor nümayəndələri ilə görüşdə Omsk vilayətində yaşayan vətəndaşlarımızın ümumi problemləri ilə yaxından maraqlanılmış, Baş konsulluqda son 7 ay ərzində tətbiq olunan yeniliklər barədə görüş iştirakçılarına ətraflı məlumat verilmiş və öncədən planlaşdırılan Səyyar konsulluq xidməti uğurla baş tutmuşdur.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti