Baş Konsulluq tərəfindən Krasnoyarsk şəhərində səyyar konsulluq qəbulu keçirilib
Baş Konsulluq tərəfindən Rusiya Federasiyasının Krasnoyarsk şəhərində və eyni adlı diyarın ətraf şəhərlərində yaşayan həmvətənlərimiz üçün növbəti səyyar konsulluq qəbulu keçirilib. Vətəndaşlara yerində və daha əlçatan xidmət göstərilməsi məqsədilə təşkil olunan qəbulda Krasnoyarsk diyarının müxtəlif şəhərlərindən müraciət edən vətəndaşlarımız iştirak edib. Səyyar xidmət çərçivəsində vətəndaşlara zəruri konsulluq-hüquqi dəstək göstərilib, o cümlədən ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi və digər sənədləşmə ilə bağlı müraciətlər yerində qəbul edilib. Eyni zamanda, qəbula gələngələnləri maraqlandıran suallar ətraflı cavablandırılıb, onlara müvafiq hüquqi məsləhətlər verilib.
Baş Konsulluq uzaq məsafədə yaşayan vətəndaşlarımızın hüquqlarının qorunması və konsulluq xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə hər zaman olduğu kimi bu növ səyyar qəbulların gələcəkdə də mütəmadi olaraq davam etdirilməsini planlaşdırır.