“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 iyun 2023

Bu gün, Yekaterinburqda fəaliyyət göstərən “Oazis” Azərbaycan Dili Tədris Mərkəzinin müəllim və şagird heyəti Baş Konsulluğu ziyarət edib

Ziyarət çərçivəsində, gələcəyimiz olan uşaqlara Ümummilli Lider Heydər Əliyevin həyat yolu, ölkəmizin tarixi və mədəniyyəti, həmçinin Baş Konsulluğun fəaliyyəti haqqında ətraflı məlumat verildi. Eyni zamanda şagirdlər Azərbaycan dilində özləri və gələcək planları barədə ətraflı danışıb, milli qəhramanlarımız haqqında öz biliklərini bölüşdü və kollektiv olaraq "Bilik" şeirini oxudular. Daha sonra ziyarətlərinin təşkilinə və onlara göstərilən yüksək qonaqpərvərliyə görə, məmnunluqlarını ifadə edən Tədris Mərkəzinin pedoqoji heyəti Baş Konsulluğa öz minnatdarlıqlarını bildirdilər.

Ziyarətin sonunda Mərkəzin müəllimlərinə Baş Konsulluğun təşəbbüsü və dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş “Гейдар Алиев – Взгляд из России” adlı monoqrafiya, "Azərbaycan xalçaları - İrəvan qrupu" kitabı, ölkəmizlə bağlı jurnallar, o cümlədən şagirdlərə Baş Konsulluq tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyi ilə əlaqədar hazırlanmış "yaxa nişan"ları hədiyyə olunudu.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti