“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 may 2026

Krasnoyarsk diyarına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev bir sıra rəsmi görüşlər keçirib

May ayının 10-14 tarixlərində Krasnoyarsk diyarına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev bir sıra rəsmi görüşlər keçirib. Səfir, Krasnoyarsk diyarı qubernatorunun birinci müavini və qubernator administrasiyasının rəhbəri Sergey Ponomarenko, Krasnoyarsk şəhərinin meri Sergey Vereşşagin, Krasnoyarsk Şəhər Deputatlar Şurasının sədri Nataliya Firyulina ilə görüşüb. Eyni zamanda, “Rusiya” Milli Mərkəzinin filialında Mərkəzi Sibir Ticarət və Sənaye Palatası İttifaqının prezidenti Rafael Şaqeyev və Krasnoyarsk diyarının biznes icmasının nümayəndələri ilə də görüş keçirilib.

Görüşlərdə Azərbaycanın Yekaterinburqdakı Baş konsulunun vəzifələrini icra edən Şöhrət Mustafayev iştirak edib.

https://t.me/AzEmbassyRu/7052

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti