“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 may 2026

Krasnoyarsk diyarına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Sibir Federal Universitetində olub

May ayının 13-də Krasnoyarsk diyarına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Sibir Federal Universitetində olub. Səfər çərçivəsində səfir universitetin rektoru Maksim Rumyantsevlə görüş keçirib, həmçinin universitetin Qastronomiya İnstitutunun fəaliyyəti ilə tanış olub. Daha sonra səfir universitet tələbələri qarşısında çıxış edərək qlobal və regional gündəmdə duran aktual məsələlər, Azərbaycanın xarici siyasətinin əsas prioritet və istiqamətləri, eləcə də Azərbaycan–Rusiya münasibətlərinin hazırkı vəziyyəti barədə geniş mühazirə ilə çıxış edib. Mühazirənin sonunda Rəhman Mustafayev tələbələrin çoxsaylı suallarını cavablandıraraq onlarla səmimi fikir mübadiləsi aparıb.

https://t.me/AzEmbassyRu/7056

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti