Konsulluq xidməti və Viza
Konsulluq xidməti və Viza
VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi
Vətəndaşların diqqətinə!
Baş Konsulluqda konsulluq xidmətləri ilə bağlı müraciətlər konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir
(AR-in Yekaterinburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı). Elektron növbə portalı - https://appointment.mfa.gov.az/azVətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və Konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən Rusiya Federasiyasında Baş Konsulluğun fəaliyyət dairəsində daimi/müvəqqəti yaşayan Azərbaycan Republikası vətəndaşlarının müraciətləri əsasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir.
Tələb olunan sənədlər
- Müvafiq təkrar şəhadətnamə üzrə Ərizə:
- Doğumun qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
- Ölümün qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
- Nikahın qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
- Nikahın pozulmasının qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
- Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
- Ərizə verən şəxsin Rusiya Federasiyasında Baş Konsulluğun fəaliyyət dairəsində daimi/müvəqqəti yaşadığını təsdiq edən sənəd(lər);
- Ölənlər barəsində təkrar şəhadətnamənin alınması üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər (doğum, nikah haqqında şəhadətnamələr).
İştirak etməli olan şəxslər
- Barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü;
- Yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları; tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanları;
- Ölənlər barəsində - onların qanuni varisləri;
- Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.
Dövlət rüsumu
- Təkrar şəhadətnamənin rəsmiləşdirilməsi üçün 10 ABŞ dolları 10 ABŞ dolları (ekvivalenti olaraq Rus rublu) məbləğində dövlət rüsumunun Baş Konsulluğun bank hesabına (Bank rekvizitləri: Филиал «Центральный» Банка ВТБ, ИНН получателя: 9909058879, Номер счета получателя платежа: 40807810300280209497, БИК: 044525411, Корсчет: 30101810145250000411, КПП: 667161001) ödənilməsini təsdiq edən qəbz;
Son yenilənmə tarixi: 28.12.2024