“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması qaydası
Vətəndaşların diqqətinə!

Baş Konsulluqda konsulluq xidmətləri ilə bağlı müraciətlər konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (AR-in Yekaterinburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).

  Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az 

Azərbaycan Respublikası vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün Baş Konsulluğa aşağıdakı sənədlər təqdim olunmalıdır:

 

  1. 1 ədəd ərizə-anket;
  2. 2 ədəd rəngli foto-şəkil (3x4);
  3. Şəxsiyyəti təsdiq edən sənədlərin surətləri: (doğum haqqında şəhadətnaməsi (tələb olunur), şəxsiyyət vəsiqəsi (mümkün olduğu təqdirdə), ümumvətəndaş pasportu (mümkün olduğu təqdirdə), köhnə SSRİ pasportu (mümkün olduğu təqdirdə), valideynlərə məxsus sənədlər (tələb olunur) və s.);
  4. Dövlət Miqrasiya Xidmətinə sorğu göndərilməsi üçün 10 ABŞ dolları (ekvivalenti olaraq Rus rublu) məbləğində dövlət rüsumunun Baş Konsulluğun bank hesabına (Bank rekvizitləri: Филиал «Центральный» Банка ВТБ, ИНН получателя: 9909058879, Номер счета получателя платежа: 40807810300280209497, БИК: 044525411, Корсчет: 30101810145250000411, КПП: 667161001)  ödənilməsini təsdiq edən qəbz;
  5. Uzaqdan müraciətlər zamanı müraciətçi tərəfindən sənədlərin göndərilməsi, o cümlədən hazır sənədlərin təhvil alınması zamanı СДЭК poçt xidmətindən istifadə oluna bilər. 

        Qeyd: Sənədlərin poçt vasitəsilə göndərilməsinin yalnız müraciətçinin özü tərəfindən həyata keçirilməsi tələb olunur. Valideyin himayəsində olan uşaqların sənədlərinin göndərilməsinin valideyinləri tərəfindən həyata keçirilməsi tələb olunur. 

Qeyd: Şəxsiyyəti təsdiq edən sənəd (məs: doğum haqqında şəhadətnamə) digər ölkələrin aidiyyəti qurumları tərəfindən rəsmiləşdirildiyi halda həmin sənədin Azərbaycan dilinə tərcüməsidə təqdim edilməlidir. 

Son yenilənmə tarixi: 28.12.2024



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti