Konsulluq qeydi̇yyatı
Rusiya Federasiyasında Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun fəaliyyət dairəsində daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının konsulluq qeydiyyatına alınması üçün aşağıdakı sənədlər tələb olunur;
- Konsulluq qeydiyyatı üçün anket
- Bir ədəd rəngli fotoşəkil;
- Pasport (əsli);
- Rusiya Federasiyasında Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun fəaliyyət dairəsində daimi və yaxud müvəqqəti yaşayış qeydiyyatında olduğunu təsdiq edən sənəd.
Qeyd: Əgər Baş konsulluğa gələ bilmədiyiniz təqdirdə konsulluq qeydiyyat anketinizi əlavələri ilə birlikdə poçt xidməti vasitəsilə (СДЭК) Baş konsulluğun Yekaterinburq şəhəri, 620075, Karl Libknext küç. 5 ünvanına və ya rəsmi KYKT@MAIL.RU elektron ünvanına göndərə bilərsiniz.
Son yenilənmə tarixi: 31.01.2022