Məhkumluq haqqında arayış

Vətəndaşların diqqətinə!

Baş Konsulluqda konsulluq xidmətləri ilə bağlı müraciətlər konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir 

(AR-in Yekaterinburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).

Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az

Məhkumluq haqqında arayışın sorğu əsasında alınması üçün vətəndaş birbaşa şəxsiyyətini təsdiq edən sənəd əsasında müraciət etməlidir.

Həmin arayışın alınması üçün Baş konsulluğa aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi;
  2. Ərizəçinin şəxsiyyətini təsdiq edən, etibarlıq müddəti bitməmiş sənədlərin (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi) surəti;
  3. Sorğu göndərilməsi üçün Baş Konsulluğun hesabına 10 ABŞ dolları (ekvivalenti olaraq Rus rublu) məbləğində dövlət rüsumunun Baş Konsulluğun bank hesabına (Bank rekvizitləri: Филиал «Центральный» Банка ВТБ, ИНН получателя: 9909058879, Номер счета получателя платежа: 40807810300280209497, БИК: 044525411, Корсчет: 30101810145250000411, КПП: 667161001) ödənilməsini təsdiq edən qəbz;
  4. Məhkumluq haqqında arayışı poçt xidməti vasitəsilə (СДЭК) geri göndəriləcəyi halda, üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış, (poçt xidmətləri ödənişi vətəndaşın özü tərəfindən ödənilir) poçt markası yapışdırılmış zərfin təqdim edilməsi zəruridir. Baş Konsulluq sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı bir məsuliyyət daşımır.  

Qeyd: Hər bir şəxs Məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.

Qeyd: Elektron qaydada Məhkumluq haqqında arayışı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinə (https://mia.gov.az/az/menu/29780/) müraciət edərək əldə edə bilərsiniz. 

Son yenilənmə tarixi: 28.01.2022

Arxiv üzrə axtarış