Ölüm hallarının qeydə alınması
AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun əhatə dairəsinin nəzərə alınması ilə bağlı vətəndaşların diqqətinə!
Baş konsulluğa konsulluq xidmətləri ilə bağlı müraciət etmədən öncə 1963-cü il Konsulluq əlaqələri haqqında Vyana konvensiyasının 4-cü maddəsinin 2-ci bəndi ilə tənzimlənən konsulluq dairəsi (Konsulluq qurumunun yerləşmə məkanı, onun sinifi və konsul dairəsi yerləşdiyi ölkənin razılığı ilə təmsil olunan dövlət tərəfindən müəyyən edilir) (AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun konsulluq dairəsinin siyahısı) üzrə müəyyən olunmuş region prensipinin nəzərə alınması xahiş olunur.
Ölüm hallarının qeydə alınması ilə bağlı tələb olunan sənədlər:
- Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı müvafiq qurumlardan təsdiq edilmiş formada);
- Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
- Ölən şəxsin şəxsiyyətini təsdiq edən sənədlər, habelə ölən şəxs Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun yaşamasına icazəni təsdiq edən sənədlər;
- Ölən şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda hərbi bilet (hərbi xidmətlə bağlı olan sənədlər).
Son yenilənmə tarixi: 24.01.2022