VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi
AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun əhatə dairəsinin nəzərə alınması ilə bağlı vətəndaşların diqqətinə!
Baş konsulluğa konsulluq xidmətləri ilə bağlı müraciət etmədən öncə 1963-cü il Konsulluq əlaqələri haqqında Vyana konvensiyasının 4-cü maddəsinin 2-ci bəndi ilə tənzimlənən konsulluq dairəsi (Konsulluq qurumunun yerləşmə məkanı, onun sinifi və konsul dairəsi yerləşdiyi ölkənin razılığı ilə təmsil olunan dövlət tərəfindən müəyyən edilir) (AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun konsulluq dairəsinin siyahısı) üzrə müəyyən olunmuş region prensipinin nəzərə alınması xahiş olunur.
VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi ilə bağlı tələb olunan sənədlər:
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və Konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən Rusiya Federasiyasında Baş konsulluğun fəaliyyət dairəsində daimi/müvəqqəti yaşayan Azərbaycan Republikası vətəndaşlarının müraciətləri əsasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir.
Tələb olunan sənədlər
- Müvafiq təkrar şəhadətnamə üzrə Ərizə:
- Doğumun qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
- Ölümün qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
- Nikahın qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
- Nikahın pozulmasının qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
- Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
- Ərizə verən şəxsin Rusiya Federasiyasında Baş konsulluğun fəaliyyət dairəsində daimi/müvəqqəti yaşadığını təsdiq edən sənəd(lər);
- Ölənlər barəsində təkrar şəhadətnamənin alınması üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər (doğum, nikah haqqında şəhadətnamələr).
İştirak etməli olan şəxslər
- Barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü;
- Yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları; tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanları;
- Ölənlər barəsində - onların qanuni varisləri;
- Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.
Dövlət rüsumu
- Təkrar şəhadətnamənin rəsmiləşdirilməsi üçün 10 ABŞ dolları məbləğində dövlət rüsumunun Baş konsulluğun bank hesabına (Bank rekvizitləri: Филиал «Центральный» Банка ВТБ, ИНН получателя: 9909058879, Номер счета получателя платежа: 40807810300280209497, БИК: 044525411, Корсчет: 30101810145250000411) ödənilməsini təsdiq edən qəbz;
Son yenilənmə tarixi: 24.01.2022