Ümumvətəndaş pasportunun rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydaları
Vətəndaşların diqqətinə!
Baş Konsulluqda konsulluq xidmətləri ilə bağlı müraciətlər konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (AR-in Yekaterinburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).
Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az
Azərbaycan Respublikası vətəndaşına ümumvətəndaş pasportu 14 iyun 1994-cü il tarixli “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir.
Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün hər bir Azərbaycan vətəndaşı şəxsən Baş Konsulluğa gəlməli, əl-barmaq izi verməli və aşağıda göstərilən sənədləri təqdim etməlidir. Nəzərə alınmalıdır ki, yeni ümumvətəndaş pasportlarının əldə edilməsi 2 (iki) ayadək davam edə bilər. Yeni pasportların rəsmiləşdirilməsi üçün sənədlərin qəbulu qeyri iş günləri xaric həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri saat 09.00-dan 12.30-dək Baş Konsulluqda aparılır.
- 18 yaşı tamam olmuş şəxslərə yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ümumvətəndaş pasportunun əsli və surəti;
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- 18 – 35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə, həmin şəxsin hərbi bileti və ya möhlət hüququnu təsdiq edən müvafiq hərbi komissarlığın arayışı təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, səhhəti ilə bağlı hərbi biletdə möhlət hüququnun tarixi keçmiş şəxslərə yeni ümumvətəndaş pasportları rəsmiləşdirilmir. Hərbi mükəlləfiyyətlə bağlı qeyd edilən sənədlər təqdim edilmədiyi təqdirdə yeni ümumvətəndaş pasportu məhdudiyyət aradan qalxanadək rəsmiləşdirilmir;
- Konsulluq qeydiyyatı haqqında anket və anket üçün 1 ədəd 3x4 ölçüdə fotoşəkil;
- Dövlət rüsumunun Baş Konsulluğun bank hesabına ödənilməsini təsdiq edən, çap olunmuş qəbz və ya hesabdan çıxarış (Bank rekvizitləri: Филиал «Центральный» Банка ВТБ, ИНН получателя: 9909058879, Номер счета получателя платежа: 40807810300280209497, БИК: 044525411, Корсчет: 30101810145250000411, КПП: 667161001).“Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.1.2-ci maddəsinə əsasən, ümumvətəndaş pasportlarının alınması məqsədilə sənədlərin səfirlikdə və ya Konsulluqda tərtib edilib göndərilməsinə görə 25 ABŞ dolları məbləğində (ekvivalenti olaraq Rus rublu) dövlət rüsumu ödənilir;
- Baş Konsulluqda nəğd ödəniş qəbul edilmir.
Qeyd: Yeni ümumvətəndaş pasportunun hazır olması ilə bağlı vətəndaşa məlumat verildikdən sonra, pasport Baş Konsulluğun qəbul saatlarında (Konsulluq xidmətinin qəbul günləri və saatları qeyri iş günləri xaric həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri saat 09.00-dan 12.30-dək) şəxsən götürülə bilər. Hazır pasportun təhvil alınması zamanı köhnə pasportun Baş Konsulluğa təqdim olunması tələb olunur, habelə hazır pasportların alınmasında СДЭК poçt xidmətindən də istifadə oluna bilər. Baş Konsulluq sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.
Qeyd: Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün müraciət etməzdən öncə və ya pasport üçün müraciət etdikdən sonra ən geci 10 iş günü ərzində ASAN Xidmətdə aşağıda qeyd edilmiş yaş kateqoriyalarına uyğun olaraq müvafiq dövlət rüsumu ödənilməlidir. Qeyd edilən dövlət rüsumunun AR DİN-in hökumət ödəniş portalı (https://e-payment.mia.gov.az) vasitəsilə (qeyd edilən portalda ödənişi yalnız şəxsiyyət vəsiqəsi ilə etmək mümkündür) və ya hökumət ödəniş portalı (gpp.az) vasitəsilə (qeyd edilən portalda ödənişi yalnız şəxsiyyət vəsiqəsinin FİN nömrəsi ilə etmək mümkündür) də ödənilməsi mümkündür:
- bir yaşınadək uşaqlar üçün - 15 AZN;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 AZN;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 AZN;
- on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 60 AZN.
Qeyd: Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə vətəndaşa məxsus vaxtı keçmiş pasport Baş Konsulluğa təhvil verilməlidir;
Qeyd: Ümumvətəndaş pasportu itirildikdə ərizə, oğurlandıqda isə polis və ya müvafiq səlahiyyətli təşkilatın arayışı təqdim edilməlidir;
- 18 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşlarına yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün yuxarıda qeyd edilən sənədlərə əlavə olaraq aşağıdakı sənədlər də təqdim edilməlidir:
- Etibarlılıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsinin əsli;
- Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə etiraz edilmədiyi barədə hər iki valideynin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi(əgər hər iki valideyin azyaşlıya yeni pasport rəsmiləşdirilməsi üçün Baş Konsulluğa şəxsən gəlmişlərsə, o halda razılıq ərizəsi hər iki valideyn tərəfindən Konsulluqda imzalanmalıdır, ərizənin notarial qaydada təsdiqinə ehtiyac yoxdur);
- Hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərinin (pasport və ya şəxsiyyət vəsiqələri) və nikah haqqında şəhadətnamələrinin əsli;
- Nikah haqqında şəhadətnamə olmadığı təqdirdə Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin əsli.
Qeyd: Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə vətəndaşa məxsus vaxtı keçmiş pasport Baş Konsulluğa təhvil verilməlidir;
Qeyd: Ümumvətəndaş pasportu itirildikdə ərizə, oğurlandıqda isə polis və ya müvafiq səlahiyyətli təşkilatın arayışı təqdim edilməlidir.
Son yenilənmə tarixi: 14.02.2022