Tərcümənin düzgünlüyünün təsdiq edilməsi
Vətəndaşların diqqətinə!
Baş Konsulluqda Konsulluq xidmətləri ilə bağlı müraciətlər konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir
(AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun konsulluq dairəsinin siyahısı)
Tərcümənin düzgünlüyünün təsdiq edilməsi
Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az
Sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə konsul təsdiq etməlidir. Konsul tanıdığı tərcüməçinin hər dəfə gəlməməsi üçün onu qeydiyyata götürür. Bu məqsədlə onun ərizəsini, diplomunun surətini və imza nümunəsini tələb edir.
Tələb olunan sənədlər
- Tərcümə və surəti təsdiq ediləcək sənədin əsli;
- Sənədin məxsus olduğu şəxsin şəхsiyyətini təsdiq edən sənədinin əsli;
- Konsulluqda qeydiyyatda deyilsə, müvаfiq dili bilən tərcüməçinin diplоmunun əsli, şəxsiyyətini təsdiq edən sənədinin əsi və şəxsən iştirakı vacibdir;
- Tərcümənin düzgünlüyünün təsdiq edilməsi üçün 20 ABŞ dolları (ekvivalenti olaraq Rus rubulu) məbləğində dövlət rüsumunun Baş konsulluğun bank hesabına (Bank rekvizitləri: Филиал «Центральный» Банка ВТБ, ИНН получателя: 9909058879, Номер счета получателя платежа: 40807810300280209497, БИК: 044525411, Корсчет: 30101810145250000411, КПП: 667161001) ödənilməsini təsdiq edən qəbz;
- Tərcümənin düzgünlüyünün təsdiq edilməsi ilə bağlı müraciət və eyni zamanda geri göndərilişi poçt xidməti vasitəsilə (СДЭК) həyata keçiriləcəyi halda, üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış poçt markası yapışdırılmış zərfin təqdim edilməsi zəruridir. Qeyd edək ki, poçt xidmətləri ödənişi vətəndaşın özü tərəfindən həyata keçirilir. Baş konsulluq sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı bir məsuliyyət daşımır.
Son yenilənmə tarixi: 07.02.2022