Doğum aktının qeydə alınması
Vətəndaşların diqqətinə!
Baş Konsulluqda konsulluq xidmətləri ilə bağlı müraciətlər konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir
(AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun konsulluq dairəsinin siyahısı) .
Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az
Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun fəaliyyət dairəsində yaşayan vətəndaşların vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Baş konsulluqda həyata keçirilir.
Doğum haqqında məlumat Baş konsulluğa uşağın doğulduğu gündən ən geci 3 ay ərzində verilməlidir. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi və pasportları əsli və surəti);
- valideynlərin nikah haqqında şəhadətnaməsi (əsli və surəti);
- valideynlərin doğum haqqında şəhadətnamələri (əsli və surəti);
- valideynlərin konsul dairəsində yaşayış yeri üzrə qeydiyyatları barədə sənədlər (əsli və surəti);
- uşağa şəhadətnamə verilməsinə dair valideynlərin birgə ərizəsi(uşağın adının və soyadının göstərildiyi şəkildə);
- doğum faktını, vaxtını və konsul dairəsindəki yerini təsdiq edən tibb müəssisəsindən arayış (tibb müəssisəsinin yerləşdiyi yaşayış ünvanın bağl olduğu səhiyyə idarəsi tərəfindən təsdiq edilmiş qaydada).
Dövlət rüsumu
Doğum aktının qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Son yenilənmə tarixi: 24.01.2022