İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
- Ali və yüksək səviyyəli səfərlər
Səfərlər |
Azərbaycana |
Rusiyaya |
Prezidentlər |
Vladimir Putin
1. 09-10.01.2001 – rəsmi 2. 15.12.2003 – H.Əliyev ilə vidalaşma mərasimi 3. 21-22.02.2006 – işgüzar
Dmitri Medvedev
1. 03-04.07.2008 – rəsmi 2. 29.06.2009 – işgüzar 3. 02-03.09.2010 – rəsmi 4. 18.11.2010 – işgüzar
Vladimir Putin
1. 13.08.2013 – işgüzar 2. 12.06.2015 – işgüzar (I Avropa Oyunlarının rəsmi açılış mərasimi) 3. 08.08.2016 – işgüzar (Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü) 4. 27.09.2018 – işgüzar (Azərbaycan-Rusiya Regionlararası Forumun açılışında iştirak)
|
İlham Əliyev
1. 5-07.02.2004 – rəsmi 2. 03.07.2004 – işgüzar 3. 18-19.10.2004 – işgüzar 4. 15-16.02.2005 – işgüzar 5. 09.05.2005 – işgüzar 6. 13-14.06.2005 – işgüzar, S.Peterburq 7. 30.08.2005 – işgüzar, Kazan 8. 21-22.07.2006 – MDB-nin qeyri-rəsmi Sammiti 9. 08-11.11.2006 – işgüzar 10. 27-28.03.2007 – işgüzar 11. 28-29.04.2007 – M.Rastropoviçin dəfni 12. 9-10.06.2007 – MDB-nin qeyri-rəsmi Sammiti, S.Peterburq 13. 30.06.2007 – işgüzar, Rostov 14. 20-24.02.2008 – işgüzar 15. 05-07.06.2008 – MDB-nin qeyri-rəsmi Sammiti, S.Peterburq 16. 15-16.09.2008 – işgüzar 17. 01-02.11.2008 – işgüzar 18. 16-17.04.2009 – işgüzar 19. 3-4.06.2009 – işgüzar 20. 17-18.07.2009 – işgüzar 21. 25.01.2010 – işgüzar, Soçi 22. 09.05.2010 – işgüzar 23. 17.06.2010 – işgüzar, S.Peterburq 24. 27.10.2010 – işgüzar 25. 9-10.12.2010 – işgüzar, Moskva (MDB-nin iclası) 26. 05.03.2011 – işgüzar, Soçi 27. 24.06.2011 – işgüzar, Kazan 28. 09.08.2011 – işgüzar, Soçi 29. 20.12.2011 – işgüzar, Moskva (MDB-nin iclası) 30. 23.01.2012 – işgüzar, Soçi 31. 15.05.2012 – işgüzar, Moskva (MDB-nin iclası) 32. 06-07.02.2014 – işgüzar, Soçi (XXII Qış olimpiya oyunlarının rəsmi açılış mərasimi) 33. 08-10.08.2014 – işgüzar, Soçi 34. 29.09.2014 – işgüzar, Həştərxan (Xəzər Sammiti) 35. 09.05.2015 – işgüzar, Moskva (Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi ilə bağlı bayram tədbiri) 36. 20.06.2016 – işgüzar, S.Peterburq 37. 21.07.2017 – işgüzar, Soçi 38. 27.12.2017 – işgüzar (Moskva, MDB qeyri-rəsmi görüş) 39. 14.06.2018 – işgüzar, Moskva, FİFA 2018 40. 01.09.2018 – rəsmi, Soçi 41. 06.12.2018 – işgüzar, S.Peterburq, MDB-nin qeyri-rəsmi Sammiti 42. 03.10.2019 – işgüzar, Soçi (“Valday” disskusiya klubunun plenar iclasında iştirak) 43. 20.12.2019 – işgüzar, S.Peterburq, MDB-nin qeyri-rəsmi Sammiti 44. 11.01.2021 – işgüzar (üçtərəfli bəyanatın imzalanması) 45. 20.07.2021 – işgüzar 46. 26.11.2021 – işgüzar (üçtərəfli bəyanatın imzalanması) 47. 28.12.2021 – işgüzar (Sankt-Peterburq, MDB qeyri-rəsmi) 48. 21-22.02.2022 – rəsmi, Moskva (müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması)
|
Birinci vitse-prezident |
|
Mehriban Əliyeva 1. 20-23.11.2019 –rəsmi
|
Baş Nazirlər |
Mixail Fradkov
1. 04.12.2006 – rəsmi
Dmitri Medvedev
1. 08.04.2016 – rəsmi |
Artur Rasizadə
1. 25.04.2007 2. 07.06.2007 3. 17-18.06.2008
Əli Əsədov
1. 25.10.2019 – Moskva şəh., MDB 2. 19-20.05.2021 – Moskva şəh., rəsmi
|
Parlament sədrləri |
Serqey Mironov
1. 23-24.05.2002
Boris Qrızlov
1. 29-30.03.2004
Serqey Mironov
1. 21-22.04.2005 2. 27-28.03.2007
Boris Qrızlov
1. 13.05.2008
Valentina Matviyenko
1. 08-09.04.2012
Sergey Narışkin
1. 07-09.07.2012 2. 27-28.06.2014 3. 26-28.06.2015 (I Avropa Oyunlarının rəsmi bağlanış mərasimi)
Vyaçeslav Volodin 1. 24-26 iyun 2018
|
Oqtay Əsədov
1. 26-28.04.2006 2. 30-31.05.2007 3. 25.12.2007 4. 2-4.04.2008 5. 03.06.2010 6. 14-16.05.2011 - MDB, S.Peterburq 7. 09.11.2011 - MDB, S.Peterburq 8. 29.11.2013 – MDB, S.Peterburq 9. 04-05.06.2014 - rəsmi səfər 10. 16-17.04.2015 - MDB, S. Peterburq 11. 19-20.04.2016 - Moskva, (Avrasiya ölkələrinin parlament sədrlərinin birinci müşavirəsi) 12. 18-19.05.2016 - MDB, S.Peterburq 13. 24.11.2016 – MDB, S.Peterburq 14. 27-28.03.2017 – MDB, S.Peterburq 15. 14-16.10.2017 – MDB, S.Peterburq 16. 07.02.2018 – Moskva şəh. 17. 18-19.04.2019 - MDB, S.Peterburq 18. 20-22.11.2019 – MDB, S.Peterburq
Sahibə Qafarova
1. 21-23.09.2020 2. 15-16.04.2021 - MDB, S.Peterburq. 3. 24-26.11.2021 - MDB, S.Peterburq.
|
Xarici İşlər nazirləri |
Serqey Lavrov
1. 01-02.02.2005– rəsmi 2. 21-22.05.2007– işgüzar 3. 11-12.03.2009– işgüzar 4. 08.07.2011– işgüzar 5. 03-04.04.2012 - rəsmi 6. 17-18.06.2014 - rəsmi 7. 01.09.2015 – işgüzar 8. 06-07.04.2016 - işgüzar 9. 11-12.07.2016 - işgüzar 10. 19-20.11.2017- rəsmi 11. 13-14.12.2018 - işgüzar 12. 02-03.12.2019 – rəsmi 13. 21.11.2020 – işgüzar (regional əlaqələrin tənzimlənməsi məqsədilə ölkəmizə və Ermənistana geniş tərkibli heyətlə səfər) 14. 10-11.05.2021 – işgüzar
|
Elmar Məmmədyarov
1. 17-19.08.2004 – rəsmi 2. 21.04.2006 – işgüzar 3. 5-6.10.2006 – işgüzar 4. 1.08.2008 – işgüzar 5. 07.09. 2008 – işgüzar 6. 31.10 – 2.11.2008– işgüzar 7. 26.03. 2010 – işgüzar 8. 25.01.2011 – işgüzar 9. 17-18.07.2011 - rəsmi 10. 19.01.2012 – işgüzar 11. 20-21.05.2013 - rəsmi 12. 04.04.2014 - işgüzar 13. 22.04.2014 - işgüzar 14. 24-26.05.2015 – rəsmi 15. 17.07.2015 – işgüzar 16. 07-08.04.2016 – işgüzar (MDB XİNŞ) 17. 05-07.03.2017 – rəsmi 18. 28.04.2017 – işgüzar 19.15-16.11.2017 – işgüzar (ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş, Moskva şəh.) 20. 4-5.12.2017 – işgüzar (Xəzəryani dövlətlərin XİN-lər müşavirəsi, Moskva) 21. 4-5.04.2019 – işgüzar (Moskva, MDB XİNŞ)
Ceyhun Bayramov
1. 1. 26.08.2020 – rəsmi 2. 2. 9.10.2020 – işgüzar (Rusiya və Ermənistan nazirləri ilə üçtərəfli görüş). 3. 3. 1-2 aprel 2021 – işgüzar (MDB XİNŞ) 4. |
- Azərbaycan-Rusiya münasibətləri
(qısa məlumat cədvəli)
Diplomatik münasibətlər |
4 aprel 1992-ci ildə qurulub.
|
Səfirliklərin fəaliyyəti
|
1992-ci ildə Azərbaycanın Rusiyada Səfirliyi təsis olunub. |
Azərbaycanın Rusiyadakı səfiri - Polad Bülbüloğlu (30 yanvar 2006-cı il)
|
|
1992-ci ildə Rusiyanın Azərbaycanda Səfirliyi təsis olunub. |
|
Rusiyanın Azərbaycandakı səfiri - Mixail Boçarnikov (29 may 2018-ci il)
|
|
Baş konsulluqların fəaliyyəti
|
2004-ci ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş Konsulluğu təsis olunub. Baş konsul – Sultan Qasımov
|
2010-cı ildə Azərbaycanın Yekaterinburq şəhərində Baş Konsulluğu təsis olunub Baş konsulluğun rəhbəri v.i.e. - Şöhrət Mustafayev |
|
ATƏT-in Minsk Qrupunda rusiyalı həmsədr
|
İqor Xovayev (sələfi – İqor Popov) (Hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üzrə RF XİN-in xüsusi nümayəndəsi) |
Ticarət nümayəndəlikləri
|
Azərbaycanın Rusiyadakı Səfirliyi nəzdində fəaliyyət göstərən ticarət nümayəndəsi – Ruslan Əliyev
|
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi – Ruslan Mirsayapov
|
|
Digər nümayəndəliklər
|
Rusiyanın Dağıstan Respublikasının Azərbaycanda rəsmi nümayəndəliyinin rəhbəri - Marat Askenderov |
Rusiyanın Tatarıstan Respublikasının Azərbaycanda rəsmi nümayəndəliyinin rəhbəri - Alfred Zakirov
|
|
2009-cu ildən Azərbaycanda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Mərkəzin rəhbəri – İrek Zinnurov
|
|
Prezident səfərləri |
Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyaya 48 (3 rəsmi, 44 işgüzar və M. Rostropoviçin dəfn mərasimi ilə əlaqədar) səfər etmişdir. Son səfər (işgüzar) 28 dekabr 2021-ci ildə baş tutmuşdur.
Rusiya Prezidenti cənab Vladimir Putin ölkəmizə 7 (1 rəsmi, 5 işgüzar və ümummilli lider Heydər Əliyevin dəfn mərasimi ilə əlaqədar) səfər etmişdir. V.Putinin son səfəri (işgüzar) 27 sentyabr 2018-ci ildə baş tutmuşdur.
Rusiyanın sabiq Prezidenti cənab Dmitri Medvedev Azərbaycana 4 səfər (2 rəsmi, 2 işgüzar) etmişdir. Prezident D.Medvedevin son səfəri (işgüzar) 18 noyabr 2010-cu ildə baş tutmuşdur.
|
Birinci vitse-prezidentin səfərləri |
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva 20-23 noyabr 2019-cu ildə Rusiya Federasiyasına rəsmi səfər etmişdir.
Səfər çərçivəsində M.Əliyeva Rusiyanın dövlət rəsmiləri ilə, o cümlədən Prezident cənab Vladimir Putin, Baş nazir Dmitri Medvedev ilə görüşlər keçirmiş, habelə Rusiya – Azərbaycan Forumun 10-cu yubiley tədbirinin rəsmi açılış mərasimində iştirak etmişdir. |
Baş Nazirlərin səfərləri
|
Azərbaycan Respublikasının sabiq Baş naziri Artur Rasi-zadə Rusiyaya 3 səfər etmişdir, son səfər 17-18 iyun 2008-ci ildə baş tutmuşdur.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiyaya 2 səfər etmişdir, son səfər (rəsmi) 19-20 may 2021-ci ildə baş tutmuşdur.
Rusiya Federasiyası Hökumətinin sabiq sədri Mixail Fradkov Azərbaycana 1 səfər etmişdir (4 dekabr 2006-cı ildə). Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycana 1 səfər (rəsmi) etmişdir (8 aprel 2016-cı ildə).
|
Parlament sədrlərinin səfərləri |
Azərbaycan Respublikası Milli Məclisinin sədrləri Rusiyaya 21 səfər etmişdir. Son səfər 24-26 noyabr 2021-ci ildə baş tutmuşdur.
Rusiya Federasiyasının Dövlət Dumasının sədrləri Azərbaycana 10 səfər etmişlər. Son səfər 24-26 iyul 2018-ci ildə baş tutmuşdur.
|
Xarici işlər nazirlərinin səfərləri |
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya 3 (1 rəsmi, 2 işgüzar) səfər etmişdir. Son səfər (MDB üzv dövlətlərin Xarici İşlər Nazirlərinin Şurası, Moskva şəh.) 1-2 aprel 2021-ci ildə baş tutmuşdur.
Rusiya xarici işlər naziri Serqey Lavrov ölkəmizə 14 (5 rəsmi, 9 işgüzar) səfər etmişdir. Son səfər (işgüzar) 10-11 may 2021-ci ildə baş tutmuşdur.
|
Parlamentlərarası əlaqələr
|
2003-cü ilin fevral ayından Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlametlərarası komissiya fəaliyyət göstərir.
Komissiyanın sonuncu (16-cı) iclası 8 dekabr 2021-ci ildə videokonfrans formatında keçirilmişdir. (15-ci) iclas isə 16 iyun 2021-ci ildə Moskva şəhərində keçirilmişdir. |
Azərbaycan-Rusiya Parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri – Əli Hüseynli (AR Milli Məclisinin vitse-spikeri). |
|
Rusiya-Azərbaycan Parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri – Qalina Karelova. (Qeyd: Sözügedən Komissiya RF Federal Məclisinin Federal Şurası səviyyəsində fəaliyyət göstərir. Eyni zamanda, Federal Məclisin Dövlət Duması səviyyəsində də bu cür komissiyanın yaradılması haqqında razılıq Federal Məclisin Dövlət Dumasının Sədri V.Volodinin 24-26 iyun 2018-ci ildə Azərbaycana səfəri zamanı əldə edilmişdir).
|
|
Azərbaycan Milli Məclisində Rusiya Duması ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. |
|
Qrupun rəhbəri – Nizami Səfərov.
|
|
Rusiya Dumasında Azərbaycan Parlamenti ilə əlaqələr üzrə deputat qrupu fəaliyyət göstərir.
|
|
Qrupun rəhbəri – İvan Kvitka (sabiq rəhbəri - Dmitriy Savelyev).
|
|
İqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının fəaliyyəti
|
Komissiyanın yaradılma tarixi – 18 yanvar 1996-cı il
|
Komissiyanın həmsədrləri:
Azərbaycan tərəfindən - Baş nazirin müavini Şahin Mustafayev. Rusiya tərəfindən - Rusiya Hökumətinin sədr müavini Aleksey Overçuk.
Komissiyanın indiyədək keçirilmiş iclaslarının sayı – 19. Sonuncu iclas 27 aprel 2021-ci ildə Moskva şəhərində keçirilmişdir.
|
|
Müqavilə-hüquq bazası |
İki ölkə arasında 248 sənəd imzalanmışdır. Hazırda 6 sənəd layihəsi imza üçün razılaşdırılmış, 25 sənəd layihəsi isə baxılmaqdadır. |
Mühüm sənədlər: |
|
Qeyd: sözügedən müqavilə ikitərəfli münasibətlərimizin və çoxsahəli əməkdaşlığımızın konseptual əsasını təşkil edən baş hüquqi sənəddir.
Birgə Bəyanatı (1 sentyabr 2018-ci il tarixli) · Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə (22 fevral 2022-ci il tarixli) |
|
Rusiyada Azərbaycan diasporu
|
Ümumrusiya Azərbaycanlılar Konqresi «ВАК» (15 May 2017-ci ildə Rusiya Ədliyyə Nazirliyinin vəsatəti əsasında təşkilatın ləğv edilməsi haqqında məhkəmə qərarı çıxmışdır).
Konqresinin sonuncu prezidenti mərhum Fazil Qurbanov, icraçı direktoru isə İlqar Hacıyev olmuşdur.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı («АМОР») Təşkilatın sədri Leyla Əliyevadır.
· Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti («АзерРос») · Təşkilatın prezidenti - Xanoğlan Əliyev
|
Ticari-iqtisadi əlaqələr
|
Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir (ümumi ticarət dövriyyəsində 3-cü və qeyri neft sektoru üzrə isə 1-ci yer tutur). İqtisadi sahədə Azərbaycan və Rusiya arasında 45-dən çox sənəd imzalanmışdır. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. 2021-ci ildə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 2.995.131,31 mln. ABŞ dolları (Azərbaycana idxal - 2 074 311, 78 mln. ABŞ dolları, Azərbaycanda ixrac – 920 819,53 mln. ABŞ dolları) təşkil etmişdir. Azərbaycandan Rusiyaya ixrac - kənd təsərrüfatı məhsulları,
Rusiyadan Azərbaycana idxal - siqaret, kənd təsərrüfatı və qida məhsulları, benzin, polad və dəmir məmulatlar, tikinti materialları, ağac məmulatları, kimya məhsulları, dərman, istehlak məhsulları, avtomobil mühərrikləri, borular, diri ev heyvanları.
Rusiyanın ölkəmizə bütün sahələr üzrə sərmayələrinin həcmi təxminən 4,9 mlrd ABŞ dolları, ölkəmizin Rusiyada sərmayələrinin miqdarı isə təqribən 1,2 mlrd. ABŞ dolları təşkil edir. |
Azərbaycanla Rusiyanın 4 subyekti arasında “İqtisadi və humanitar sahədə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya”lar mövcuddur |
|
Moskva şəhəri ilə |
Yaranma tarixi: 1999-ci il 05 fevral Komissiyanın həmsədrləri: Azərbaycan tərəfindən – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov. Rusiya tərəfindən – hazırda təyin olunmamışdır. Komissiyanın 7 iclası keçirilib. Sonuncu – 11 mart 2009-cu ildə. |
Sankt-Peterburq şəhəri ilə
|
Komissiyanın yaranmasına dair saziş 2004-cü ildə imzalanıb. Komissiyanın həmsədrləri: Azərbaycan tərəfindən – AR iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev; Rusiya tərəfindən – Sankt-Peterburq Hökumətinin Xarici əlaqələr komitəsinin sədri Yevgeniy Qriqoryev. Komissiyanın ilk iclası 4-5 aprel 2017-ci ildə Sankt-Peterburq şəhərində keçirilmişdir. Komissiyanın sonuncu (2-ci) iclası 20 dekabr 2018-ci ildə video-konfrans formatında keçirilmişdir. Üçüncü iclası12 may 2022-ci ildə keçiriləcək. |
Tatarıstan Respublikası ilə
|
Yaranma tarixi: 2005-ci il 25 avqust Komissiyanın həmsədrləri: Azərbaycan tərəfindən – Baş nazirin birinci müavini Yaqub Eyyubov. Rusiya tərəfindən – Tatarıstanın Baş naziri Aleksey Pesoşin. Komissiyanın 2 iclası keçirilib. Sonuncu 17 iyun 2008-ci ildə keçirilmişdir. |
Dağıstan Respublikası ilə
|
Yaranma tarixi: 03 iyul 2007-ci il Komissiyanın həmsədrləri: Azərbaycan tərəfindən – Baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiya tərəfindən – hazırda təyin olunmamışdır. |
3.İQTİSADİ SAHƏDƏ ƏMƏKDAŞLIQ
3.1. Ticarət əlaqələri
Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir (ümumi ticarət dövriyyəsində 3-cü və qeyri neft sektoru üzrə isə 1-ci yer tutur).
İqtisadi sahədə Azərbaycan və Rusiya arasında 45-dən çox sənəd imzalanmışdır. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir.
Azərbaycandan Rusiyaya ixrac - kənd təsərrüfatı məhsulları,
təbii qaz, kerosin, kimya məhsulları, borular, spirtli içkilər və mineral sular. Pomidor, xurma və fındıq idxalında ölkəmiz Rusiyanın əsas ticarət tərəfdaşıdır.
Rusiyadan Azərbaycana idxal - siqaret, kənd təsərrüfatı və qida məhsulları, benzin, polad və dəmir məmulatlar, tikinti materialları, ağac məmulatları, kimya məhsulları, dərman, istehlak məhsulları, avtomobil mühərrikləri, borular, diri ev heyvanları.
Ticarət dövriyyəsi (mln. ABŞ dolları ilə)
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi
|
Saldo |
2019 |
2.290.219,80 |
731.826,20 |
3.022.046 |
- 1558393,6
|
2020 |
1.962.155,68 |
709.390,07 |
2.671.545,75 |
- 1252765,61
|
2021
|
2.074.311,78 |
920.819,53 |
2.995.131,31 |
- 1153492,25 |
İstinad: cədvəl Azərbaycan Respublikasının Dövlət Gömrük və Statistika Komitələrinin məlumatlarına əsasən hazırlanmışdır.
Qeyd: Rusiyanın xarici ticarət dövriyyəsində ölkəmizin payı olduqca aşağıdır. Eyni zamanda, son illər Rusiyaya ixrac olunmuş mallar üzrə Ermənistan bizi qabaqlayır (2019-cu ildə ölkəmizlə müqayisədə 92 mln. ABŞ dolları fərqlə Rusiyaya ixracı 0,830 mlrd. ABŞ dolları, Gürcüstanın isə 0,450 mlrd. ABŞ dolları təşkil etmişdir).
İki ölkə arasında iqtisadi və sərmayə qoyuluşu sahəsində əlaqələrin inkişafı, o cümlədən iş adamları arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları fəaliyyət göstərir.
Azərbaycan-Rusiya İşgüzar Şurasının idarə heyətinin sədri – Səməd Qurbanov; Rusiya-Azərbaycan İşgüzar Şurasının idarə heyətinin sədri – Aleksey Repik.
Azərbaycanın ilk ticarət nümayəndəliyi Rusiya Federasiyasında yaradılıb. 2017-ci ildə Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsində atılan mühüm addımdır.
3.2. Sərmayələr
Rusiyanın ölkəmizə bütün sahələrdə sərmayələrinin həcmi indiyədək təxminən 4,9 mlrd ABŞ dolları təşkil etmiş, ölkəmiz isə Rusiyaya təqribən 1,2 mlrd. ABŞ dolları miqdarında sərmayə yatırmışdır.
Hazırda Azərbaycanda 970 Rusiya kapitallı şirkət, o cümlədən maliyyə sahəsində “VTB” və “Nikoil” bankları, digər sahələrdə “AzRosPromİnvest”, “Baltika-Bakı”, “Xəzər-Lada” kimi iri şirkətlər fəaliyyət göstərir.
Azərbaycanda “Ural Ticarət Evi” QSC, “Tatarıstan Ticarət Evi” ASC və Həştərxan İşgüzar Mərkəzi fəaliyyət göstərir.
9 fevral 2019-cu ildə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qorki Avtomobil Zavodu” (QAZ Qrup) şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib. Zavodda ildə 1.000 ədəd “QAZ” markalı, müxtəlif təyinatlı avtomobillərin yığılması, habelə 100 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Həmçinin, ortaq sərmayələrlə Azərbaycanda fəaliyyət göstərən “SOCAR Polymer” zavodunu və “Həyat Farm” müəssisəsini qeyd etmək olar.
Rusiyada fəaliyyət göstərən iri Azərbaycan şirkətləri sıralarında “Azərsun-Holdinq” və “Mətanət-A” şirkətlərini qeyd etmək olar. Azərbaycan şirkətləri Rusiya ərazisində turizm və kənd təsərrüfatı sahəsində investisiya fəaliyyətini həyata keçirir. Azərbaycanın “Azərsun” şirkəti Krasnodar diyarında aparıcı investorlardan biridir. “Kuban” brendi altında çay, tomat pastası və digər konserv məmulatları şirkət tərəfindən istehsal olunaraq Rusiyanın bütün bölgələrində satılır.
2019-cu ildə SOCAR tərəfindən Rusiyanın “Sberbank” bankı ilə tərəfdaşlıqda Tümen vilayətində yerləşən Antipinsk neft emalı zavodunun səhmlərinin nəzarət paketi əldə edilmişdir.
30 may 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində “Azərbaycan İşgüzar Mərkəzi” açılmışdır. Mərkəzdə şərab və çay evlərinin fəaliyyət göstərməsi nəzərdə tutulur.
Azərbaycanın Rusiyaya ixracatının təşviqi məqsədilə Heydər Əliyev Fondunun, Rusiyadakı səfirliyimizin və Rusiyadakı Ticarət Nümayəndəliyimizin birgə təşkilatçılığı ilə müxtəlif layihələr həyata keçirilir. Azərbaycan Respublikası Rusiyada son illər mütəmadi keçirilən “World Food Moscow” və “ProdExpo” (qida), “Moscow International Tourism and Travel” (turizm), “TransRussia” (nəqliyyat” və “Mosbuild” (inşaat) və digər bu kimi beynəlxalq sərgilərdə vahid milli stendlə iştirak edir (qeyd: 21-24 sentyabr 2021-ci ildə Moskvada təşkil olunmuş “World Food Moscow” 30-cu yubiley sərgisində ölkəmiz 22 şirkətlə təmsil olunmuşdur).
Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin güclənməsində mühüm rol oynayan formatlardan biri də Regional forumlardır. Hər il keçirilən forum iki ölkənin iqtisadiyyat nazirlikləri tərəfindən koordinasiya edilir. Sonuncu dəfə Forumun 10-cu toplantısı Moskva şəhərində keçirilmişdir və açılış mərasimində ölkəmizin Birinci vitse-prezidenti, Rusiya tərəfdən isə RF Federal Məclisinin Federal Şurasının sədri iştirak etmişlər. Növbəti forumun Bakıda keçirilməsi gözlənilir.
Qeyd olunanlarla yanaşı, iki ölkənin iqtisadi bloka daxil olan qurumları arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş, mütəmadi olaraq səfərlər, görüşlər və videokonfranslar təşkil edilir.
- Müqavilə-hüquq bazası
Yeni siyasi, iqtisadi və sosial reallıqlar nəzərə alınmaqla ikitərəfli münasibətlərin geniş spektrlərinin müqavilə-hüquq əsaslarının təkmilləşdirilməsi vacibdir
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 248 sənəd imzalanmışdır (12 yanvar 2022-ci ilə müvafiqdir).
Həmçinin, Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının bir sıra regionları arasında “Ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.
Tərəflər arasında 6 sənəd layihəsi imzalanması üçün razılaşdırılmış, 25 sənəd layihəsi isə baxılmaqdadır.