Vətəndaşların diqqətinə!
Baş Konsulluqda konsulluq xidmətləri ilə bağlı müraciətlər konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (AR-in Yekaterinburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).
Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az
Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün tələb olunan sənədlərin siyahısı:
- Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin adına 5 nüsxədən ibarət Ərizə-anket (WORD) doldurulmalıdır (ərizə anketin Azərbaycan dilində, habelə bilgisayar formatında doldurulması tələb olunur);
- 5 ədəd rəngli fotoşəkil (35 mm x 45 mm), (fotoşəkillər anketlərin 1-ci səhifəsində fotoşəkilin yapışdırılması üçün nəzərdə tutulmuş yerə yapışdırılmalı);
- Ərizəçinin şəxsiyyətini təsdiq edən və digər mövcud sənədlərin surəti (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi bilet, nikah haqqında şəhadətnamə və s.) ( 5 nüsxə);
- Tərcümeyi-hal (bilgisaray formatında) (5 nüsxə);
- Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün səbəbini göstərməklə Azərbaycan Respublikası Prezidentinin adına ərizə (sərbəst formada, bilgisaray formatında) (5 nüsxə);
- Baş Konsulluğa ərizə (bilgisaray formatında) (1 nüsxə);
- Ərizəçinin RF-də yaşadığını təsdiq edən sənəd (RF pasportu, yaşayış icazəsi və.s - 5 nüsxə);
- Ərizəçinin valideyinlərinin, o cümlədən digər ailə üzvlərinin sənədlərinin surəti (5 nüsxə);
- “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.2.2-ci maddəsinə əsasən, şəxsin vətəndaşlığına xitam verilməsi üçün 60 ABŞ dolları məbləğində (ekvivalenti olaraq Rus rublu) dövlət rüsumu ödənilməlidir. Dövlət rüsumunun Baş Konsulluğun bank hesabına (Bank rekvizitləri: Филиал «Центральный» Банка ВТБ, ИНН получателя: 9909058879, Номер счета получателя платежа: 40807810300280209497, БИК: 044525411, Корсчет: 30101810145250000411, КПП: 667161001) ödənilməsini təsdiq edən qəbz;
-
Uzaqdan müraciətlər zamanı müraciətçi tərəfindən sənədlərin göndərilməsi, o cümlədən hazır sənədlərin təhvil alınması zamanı СДЭК poçt xidmətindən istifadə oluna bilər. Baş Konsulluq sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı bir məsuliyyət daşımır;
Qeyd: Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi müraciətlərinə baxılması 18 ayadək davam edə bilər.
Qeyd: Nəzərə alınmalıdır ki, xarici dillərdə təqdim edilən bütün sənədlər Azərbaycan dilinə tərcüməsi ilə birgə təqdim edilməlidir.
Qeyd: Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan düzəliş edilməsi üçün ərizəçiyə geri qaytarılacaqdır.
Qeyd: Baş Konsulluq sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.
Qeyd: Sənədləri təqdim edərkən əlaqə məlumatlarınızı (telefon nömrəsi, e-mail ünvanı və s.) qeyd etməyi unutmayın.
Əgər ərizəçi 14 yaşı tamam olmayan azyaşlı uşağı (uşaqları) ilə birgə vəsatəti təqdim edirsə:
1. həmin uşaq (uşaqlar) haqqında məlumatlar valideyn tərəfindən doldurulan Ərizə - anketə yazılmalıdır (ərizə-anketin 14-cü bəndi);
2. uşağın (uşaqların) fotoşəkilləri valideynin Ərizə - anketində valideynin şəkillərinin yanına yapışdırılmalıdır;
3. uşağa (uşaqlara) aid sənədlərin surəti və Azərbaycan dilinə tərcümələri əlavə edilməlidir (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və sairə);
4. uşağın Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz edilmədiyinə dair digər valideynin razılıq ərizəsi (ərizə notariat qaydasında təsdiq edilməli və tərcümə edilməlidir. Əgər sənədlər ərizəçilər tərəfindən Baş Konsulluqda şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notarius tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur) və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə;
Qeyd: Sənədləri təqdim edərkən əlaqə məlumatlarınızı (telefon nömrəsi, e-mail ünvanı və s.) qeyd etməyi unutmayın.
Əgər ərizəçi 14 – 18 yaşında olan uşaqları ilə birgə vəsatəti təqdim edirsə:
1. həmin uşaq (uşaqlar) haqqında məlumatlar valideyn tərəfindən doldurulan Ərizə - anketə yazılmalıdır (ərizə-anketin 14-cü bəndi);
2. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə Ərizə-anket (ərizə-anket 5 (beş) nüsxədə doldurulmalı);
3. 5 (beş) ədəd rəngli fotoşəkil (35 mm x 45 mm), (fotoşəkillər anketlərin 1-ci səhifəsində fotoşəkilin yapışdırılması üçün nəzərdə tutulmuş yerə yapışdırılmalı);
4. uşağa (uşaqlara) aid sənədlərin surəti və Azərbaycan dilinə tərcümələri əlavə edilməlidir (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və sairə);
5. Tərcümeyi-hal;
6. uşağın (uşaqların) valideynlə birgə Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz etmədiyinə dair razılıq ərizəsi (ərizə notariat qaydasında təsdiq edilməli və tərcümə edilməlidir. Əgər sənədlər ərizəçilər tərəfindən Baş Konsulluqda şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notarius tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur);
7. hər iki valideynin uşağın (uşaqların) Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz etməməsinə dair razılıq ərizəsi(ərizə notariat qaydasında təsdiq edilməli və tərcümə edilməlidir. Əgər sənədlər ərizəçilər tərəfindən Baş Konsulluqda şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notarius tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur) və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə.
Qeyd: Sənədləri təqdim edərkən əlaqə məlumatlarınızı (telefon nömrəsi, e-mail ünvanı və s.) qeyd etməyi unutmayın.
|