Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması qaydası
AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun əhatə dairəsinin nəzərə alınması ilə bağlı vətəndaşların diqqətinə!
Baş konsulluğa konsulluq xidmətləri ilə bağlı müraciət etmədən öncə 1963-cü il Konsulluq əlaqələri haqqında Vyana konvensiyasının 4-cü maddəsinin 2-ci bəndi ilə tənzimlənən konsulluq dairəsi (Konsulluq qurumunun yerləşmə məkanı, onun sinifi və konsul dairəsi yerləşdiyi ölkənin razılığı ilə təmsil olunan dövlət tərəfindən müəyyən edilir) (AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun konsulluq dairəsinin siyahısı) üzrə müəyyən olunmuş region prensipinin nəzərə alınması xahiş olunur.
Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması qaydası
Vətəndaşlığı və şəxsiyyəti təsdiq edən müvafiq etibarlı sənədləri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyən etmək üçün Baş konsulluğa aşağıdakı sənədlər təqdim olunmalıdır:
- 1 ədəd ərizə-anket;
- 2 ədəd rəngli foto-şəkil (3x4);
- Şəxsiyyəti təsdiq edən hər hansı sənədin surəti (şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, doğum haqqında şəhadətnamə, köhnə SSRİ pasportu, valideynlərə məxsus sənədlər və s.);
- Dövlət Miqrasiya Xidmətinə sorğu göndərilməsi üçün 10 ABŞ dolları məbləğində dövlət rüsumunun Baş konsulluğun bank hesabına (Bank rekvizitləri: Филиал «Центральный» Банка ВТБ, ИНН получателя: 9909058879, Номер счета получателя платежа: 40807810300280209497, БИК: 044525411, Корсчет: 30101810145250000411) ödənilməsini təsdiq edən qəbz;
- Müraciətin cavabının ərizəçinin ünvanına göndərilməsi üçün üzərində ünvan yazılmış zərf və müvafiq məbləğdə poçt markası.
Qeyd: Şəxsiyyəti təsdiq edən sənəd (məs: doğum haqqında şəhadətnamə) digər ölkənin (məs: Rusiyanın) aidiyyəti qurumu tərəfindən rəsmiləşdirildiyi halda həmin sənədin Azərbaycan dilinə tərcüməsi də təqdim edilməlidir.
Son yenilənmə tarixi: 18.01.2022