Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması qaydası
Vətəndaşların diqqətinə!
Baş Konsulluqda konsulluq xidmətləri ilə bağlı müraciətlər konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (AR-in Yekaterinburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).
Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az
Azərbaycan Respublikası vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün Baş Konsulluğa aşağıdakı sənədlər təqdim olunmalıdır:
- 1 ədəd ərizə-anket;
- 2 ədəd rəngli foto-şəkil (3x4);
- Şəxsiyyəti təsdiq edən sənədlərin surətləri: (doğum haqqında şəhadətnaməsi (tələb olunur), şəxsiyyət vəsiqəsi (mümkün olduğu təqdirdə), ümumvətəndaş pasportu (mümkün olduğu təqdirdə), köhnə SSRİ pasportu (mümkün olduğu təqdirdə), valideynlərə məxsus sənədlər (tələb olunur) və s.);
- Dövlət Miqrasiya Xidmətinə sorğu göndərilməsi üçün 10 ABŞ dolları (ekvivalenti olaraq Rus rublu) məbləğində dövlət rüsumunun Baş Konsulluğun bank hesabına (Bank rekvizitləri: Филиал «Центральный» Банка ВТБ, ИНН получателя: 9909058879, Номер счета получателя платежа: 40807810300280209497, БИК: 044525411, Корсчет: 30101810145250000411, КПП: 667161001) ödənilməsini təsdiq edən qəbz;
- Uzaqdan müraciətlər zamanı müraciətçi tərəfindən sənədlərin göndərilməsi, o cümlədən hazır sənədlərin təhvil alınması zamanı СДЭК poçt xidmətindən istifadə oluna bilər.
Qeyd: Sənədlərin poçt vasitəsilə göndərilməsinin yalnız müraciətçinin özü tərəfindən həyata keçirilməsi tələb olunur. Valideyin himayəsində olan uşaqların sənədlərinin göndərilməsinin valideyinləri tərəfindən həyata keçirilməsi tələb olunur.
Qeyd: Şəxsiyyəti təsdiq edən sənəd (məs: doğum haqqında şəhadətnamə) digər ölkələrin aidiyyəti qurumları tərəfindən rəsmiləşdirildiyi halda həmin sənədin Azərbaycan dilinə tərcüməsidə təqdim edilməlidir.
Son yenilənmə tarixi: 18.01.2022