Qayıdış Şəhadətnaməsinin rəsmiləşdirilməsi qaydası

Vətəndaşların diqqətinə!

Baş Konsulluqda Konsulluq xidmətləri ilə bağlı müraciətlər konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir 

(AR-in Yekaterinburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı) 

 Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az 

Pasportu itmiş, yararsız hala düşmüş və ya pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı sənədləri təqdim etdikdə Baş Konsulluğun konsulluq bölməsi tərəfindən müvafiq qayıdış şəhadətnaməsi rəsmiləşdirilə bilər: 

  1. Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə pasportun əsli təqdim edilməlidir. Eyni zamanda, Pasport itirildikdə və ya oğurlandıqda polis orqanlarından və ya müvafiq səlahiyyətli təşkilatlardan arayış təqdim edilməlidir;
  2. 2 ədəd 3x4 ölçüdə fotoşəkil;
  3. ərizə-anket;
  4. Qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün 10 ABŞ dolları (ekvivalenti olaraq Rus rublu) məbləğində dövlət rüsumunun Baş Konsulluğun bank hesabına (Bank rekvizitləri: Филиал «Центральный» Банка ВТБ, ИНН получателя: 9909058879, Номер счета получателя платежа: 40807810300280209497, БИК: 044525411, Корсчет: 30101810145250000411, КПП: 667161001) ödənilməsini təsdiq edən qəbz;
  5. Baş Konsulluqda nağd ödəniş qəbul edilmir;
  6. Üzərində fotoşəkil olan, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən etibarlıq müddəti bitməmiş sənədlərdən birinin surəti (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi);
  7. Uzaqdan müraciətlər zamanı müraciətçi tərəfindən sənədlərin göndərilməsi, o cümlədən hazır sənədlərin təhvil alınması zamanı СДЭК poçt xidmətindən istifadə oluna bilər. Baş Konsulluq sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı bir məsuliyyət daşımır.  

Qeyd: 18 yaşına çatmayan vətəndaşlar üçün vətənə qayıdış şəhadətnaməsinin verilməsinə görə aşağıdakı sənədlər tələb olunur:

  1. 18 yaşına çatmayan vətəndaşlar üçün qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur;
  2. Doğum haqqında şəhadətnamənin əsli;
  3. Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə pasportun əsli təqdim edilməlidir. Eyni zamanda, Pasport itirildikdə və ya oğurlandıqda polis orqanlarından və ya müvafiq səlahiyyətli təşkilatlardan arayış təqdim edilməlidir;
  4. 2 ədəd 3x4 ölçüdə fotoşəkil;
  5. Yuxarıda göstərilən keçiddə qeyd olunan ərizə-anket;
  6. Valideynlərin Nikah haqqında şəhadətnaməsinin əsli və surəti. Müraciət poçt vasitəsilə olduqda vətənə qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün valideynlərin notariat qaydada təsdiq olunmuş razılıq ərizələrinin təqdim olunması tələb olunur, şəxsən Baş Konsulluğa müraciət olunduqda razılıq ərizəsi tələb olunmur;
  7. Əgər uşaq yeni doğulubsa və şəxsiyyətini təsdiq edən hər-hansı bir sənədi yoxdursa uşağın doğulduğu xəstəxana tərəfindən verilən və həmin şəhərin Səhiyyə idarəsi tərəfindən təsdiq olunmuş arayışın əsli. 

Qeyd: Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.

  1. Son yenilənmə tarixi: 18.01.2022

 

Arxiv üzrə axtarış