Doğum aktının qeydə alınması

AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun əhatə dairəsinin nəzərə alınması ilə bağlı vətəndaşların diqqətinə!

Baş konsulluğa konsulluq xidmətləri ilə bağlı müraciət etmədən öncə 1963-cü il Konsulluq əlaqələri haqqında Vyana konvensiyasının 4-cü maddəsinin 2-ci bəndi ilə tənzimlənən konsulluq dairəsi (Konsulluq qurumunun yerləşmə məkanı, onun sinifi və konsul dairəsi yerləşdiyi ölkənin razılığı ilə təmsil olunan dövlət tərəfindən müəyyən edilir) (AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun konsulluq dairəsinin siyahısı) üzrə müəyyən olunmuş region prensipinin nəzərə alınması xahiş olunur.

Doğum aktının qeydə alınması ilə bağlı tələb olunan sənədlər

Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az 

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun fəaliyyət dairəsində yaşayan vətəndaşların vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Baş konsulluqda həyata keçirilir.

Doğum haqqında məlumat Baş konsulluğa uşağın doğulduğu gündən ən geci 3 ay ərzində verilməlidir. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi və pasportları əsli və surəti);
  2. valideynlərin nikah haqqında şəhadətnaməsi (əsli və surəti);
  3. valideynlərin doğum haqqında şəhadətnamələri (əsli və surəti);
  4. valideynlərin konsul dairəsində yaşayış yeri üzrə qeydiyyatları barədə sənədlər (əsli və surəti);
  5. uşağa şəhadətnamə verilməsinə dair valideynlərin birgə ərizəsi(uşağın adının və soyadının göstərildiyi şəkildə); 
  6. doğum faktını, vaxtını və konsul dairəsindəki yerini təsdiq edən tibb müəssisəsindən arayış (tibb müəssisəsinin yerləşdiyi yaşayış ünvanın bağl olduğu səhiyyə idarəsi tərəfindən təsdiq edilmiş qaydada).

Dövlət rüsumu

Doğum aktının qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Son yenilənmə tarixi: 24.01.2022

Arxiv üzrə axtarış