Nikahın qeydə alınması

AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun əhatə dairəsinin nəzərə alınması ilə bağlı vətəndaşların diqqətinə!

Baş konsulluğa konsulluq xidmətləri ilə bağlı müraciət etmədən öncə 1963-cü il Konsulluq əlaqələri haqqında Vyana konvensiyasının 4-cü maddəsinin 2-ci bəndi ilə tənzimlənən konsulluq dairəsi (Konsulluq qurumunun yerləşmə məkanı, onun sinifi və konsul dairəsi yerləşdiyi ölkənin razılığı ilə təmsil olunan dövlət tərəfindən müəyyən edilir) (AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun konsulluq dairəsinin siyahısı) üzrə müəyyən olunmuş region prensipinin nəzərə alınması xahiş olunur.

Nikahın qeydə alınması üçün tələb olunan sənədlər:

Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az 

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun fəaliyyət dairəsində yaşayan Azərbaycan Respublikası vətəndaşları nikahın qeydə alınması üçün aşağıdakı sənədləri Baş konsulluğa təqdim edilməlidir:

  1. nikaha daxil olan şəxslərin yazılı razılıq ərizəsi;
  2. nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (ümumvətəndaş pasportları və şəxsiyyət vəsiqələri);
  3. xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənədlər (əsli və surəti);
  4. subaylıq haqqında arayışlar;
  5. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış;
  6. Nikah şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün  20 ABŞ dolları məbləğində dövlət rüsumunun Baş konsulluğun bank hesabına (Bank rekvizitləri: Филиал «Центральный» Банка ВТБ, ИНН получателя: 9909058879, Номер счета получателя платежа: 40807810300280209497, БИК: 044525411, Корсчет: 30101810145250000411) ödənilməsini təsdiq edən qəbz;
  7. əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında şəhadətnamə (surətini) və ya ərinin (arvadının) ölümü şəhadətnamə (surətini), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər).

Müraciət edilməsi qaydası.

Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşları Baş konsulluğa şəxsən ərizə ilə müraciət etməlidirlər.

Müraciətə baxılma müddəti.

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.

İştirak etməli olan şəxslərin siyahısı:

  1.  Nikaha daxil olmağı arzu edən şəxslər;
  2.  Nikaha daxil olmağı arzu edən şəxslərin şahidləri.

Qeyd: Tərəflərin Azərbaycan Respublikasının vətəndaşı olması tələb olunur.

Son yenilənmə tarixi: 24.01.2022

Arxiv üzrə axtarış