Atalığın müəyyən edilməsi

AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun əhatə dairəsinin nəzərə alınması ilə bağlı vətəndaşların diqqətinə!

Baş konsulluğa konsulluq xidmətləri ilə bağlı müraciət etmədən öncə 1963-cü il Konsulluq əlaqələri haqqında Vyana konvensiyasının 4-cü maddəsinin 2-ci bəndi ilə tənzimlənən konsulluq dairəsi (Konsulluq qurumunun yerləşmə məkanı, onun sinifi və konsul dairəsi yerləşdiyi ölkənin razılığı ilə təmsil olunan dövlət tərəfindən müəyyən edilir) (AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun konsulluq dairəsinin siyahısı) üzrə müəyyən olunmuş region prensipinin nəzərə alınması xahiş olunur.

Atalığın müəyyən edilməsi ilə bağlı tələb olunan sənədlər:

Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az  

Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Atalıq məhkəmə tərəfindən müəyyən edildikdə onun qeydə alınması yalnız məhkəmə qətnaməsinin çıxarıldığı yerin Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir.

Tələb olunan sənədlər

  • Atalığın müəyyən edilməsi üçün uşağın atasının və anasının (valideynlərin) birgə  ərizəsi;
  • Ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər (əsli və surəti);
  • Uşağın doğum haqqında şəhadətnaməsi (əsli və surəti);
  • Atalıq məhkəmə qaydasında müəyyən edilərsə qanuni qüvvəyə minmiş qətnamə (əsli və surəti);
  • Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yaşayış yerini müəyyən etmək olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə uşağın atasının ərizəsi ilə yanaşı:
  1. a) qəyyumluq və himayə orqanlarının razılığını təsdiq edən sənəd (əsli və surəti);
  2. b) ananın ölümü haqqında şəhadətnamə (əsli və surəti);
  3. c) ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış (əsli və surəti);
  4. d) ananın valideynlik hüquqlarından məhrum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış (əsli və surəti);
  5. e) ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun yaşadığı yeri müəyyən etməyin mümkün olmamasını təsdiq edən daxili işlər orqanlarından müvafiq sənəd.
  • Yetkinlik yaşına çatmış şəxs barədə atalığ müəyyən olunduqda onun razılığı, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının razılığı.

Dövlət rüsumu:

Atalığın müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Son yenilənmə tarixi: 24.01.2022

Arxiv üzrə axtarış