VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi

Vətəndaşların diqqətinə!

Baş Konsulluqda konsulluq xidmətləri ilə bağlı müraciətlər konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir 

(AR-in Yekaterinburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).

Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az 

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və Konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən Rusiya Federasiyasında Baş Konsulluğun fəaliyyət dairəsində daimi/müvəqqəti yaşayan Azərbaycan Republikası vətəndaşlarının müraciətləri əsasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir.

Tələb olunan sənədlər

  • Müvafiq təkrar şəhadətnamə üzrə Ərizə:
  1. Doğumun qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
  2. Ölümün qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
  3. Nikahın qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
  4. Nikahın pozulmasının qeydə alınması haqqında təkrar şəhadətnamə üçün ərizə (buradan yüklənə bilər);
  • Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
  • Ərizə verən şəxsin Rusiya Federasiyasında Baş Konsulluğun fəaliyyət dairəsində daimi/müvəqqəti yaşadığını təsdiq edən sənəd(lər);
  • Ölənlər barəsində təkrar şəhadətnamənin alınması üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər (doğum, nikah haqqında şəhadətnamələr).

İştirak etməli olan şəxslər

  • Barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü;
  • Yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları; tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanları;
  • Ölənlər barəsində - onların qanuni varisləri;
  • Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər. 

            Dövlət rüsumu 

  • Təkrar şəhadətnamənin rəsmiləşdirilməsi üçün 10 ABŞ dolları 10 ABŞ dolları (ekvivalenti olaraq Rus rublu) məbləğində dövlət rüsumunun Baş Konsulluğun bank hesabına (Bank rekvizitləri: Филиал «Центральный» Банка ВТБ, ИНН получателя: 9909058879, Номер счета получателя платежа: 40807810300280209497, БИК: 044525411, Корсчет: 30101810145250000411, КПП: 667161001) ödənilməsini təsdiq edən qəbz; 

Son yenilənmə tarixi: 24.01.2022

Arxiv üzrə axtarış