Subaylıq haqqında arayış

AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun əhatə dairəsinin nəzərə alınması ilə bağlı vətəndaşların diqqətinə!

Baş konsulluğa konsulluq xidmətləri ilə bağlı müraciət etmədən öncə 1963-cü il Konsulluq əlaqələri haqqında Vyana konvensiyasının 4-cü maddəsinin 2-ci bəndi ilə tənzimlənən konsulluq dairəsi (Konsulluq qurumunun yerləşmə məkanı, onun sinifi və konsul dairəsi yerləşdiyi ölkənin razılığı ilə təmsil olunan dövlət tərəfindən müəyyən edilir) (AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun konsulluq dairəsinin siyahısı) üzrə müəyyən olunmuş region prensipinin nəzərə alınması xahiş olunur.

Subaylıq haqqında arayışla bağlı tələb olunan sənədlər

Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az

Subaylıq haqqında arayışın sorğu əsasında alınması üçün Baş konsulluğa aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

1.    Vətəndaşın ərizəsi;

2.    Ərizəçinin şəxsiyyətini təsdiq edən, etibarlıq müddəti bitməmiş sənədlərin (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi) surəti;

  1. Sorğu göndərilməsi üçün Baş konsulluğun hesabına 10 ABŞ dolları məbləğində dövlət rüsumunun Baş konsulluğun bank hesabına (Bank rekvizitləri: Филиал «Центральный» Банка ВТБ, ИНН получателя: 9909058879, Номер счета получателя платежа: 40807810300280209497, БИК: 044525411, Корсчет: 30101810145250000411) ödənilməsini təsdiq edən qəbz;
  2. Subaylıq haqqında arayışı poçt xidməti vasitəsilə (СДЭК) geri göndəriləcəyi halda, üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış, (poçt xidmətləri ödənişi vətəndaşın özü tərəfindən ödənilir) poçt markası yapışdırılmış zərfin təqdim edilməsi zəruridir. Baş konsulluq sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı bir məsuliyyət daşımır

Son yenilənmə tarixi: 28.01.2022

 



Arxiv üzrə axtarış