Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi

Vətəndaşların diqqətinə!

Baş Konsulluqda konsulluq xidmətləri ilə bağlı müraciətlər konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir 

(AR-in Yekaterinburq şəhərindəki Baş konsulluğunun konsulluq dairəsinin siyahısı) .

Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi

Elektron növbə portalı - https://appointment.mfa.gov.az/az 

Konsul, müvafiq idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərini o şərtlə təsdiq edir ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.

Sənədlərdən çıxarışların düzgünlüyü o halda təsdiq edilir ki, bu sənədlərin məzmunu bir-biri ilə əlaqəsi olmayan bir neçə məsələyə aid olsun. Çıxarış sənədin müəyyən məsələyə aid hissəsinin tam mətnini özündə əks etdirməlidir.

Tələb olunan sənədlər

  • Surəti və ya çıxarışı təsdiq ediləcək sənədin əsli;
  • Sənədin məxsus olduğu şəxsin şəхsiyyətini təsdiq edən sənədinin əsli və surəti;
  • Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi üçün 10 ABŞ dolları (ekvivalenti olaraq Rus rubulu) məbləğində dövlət rüsumunun Baş konsulluğun bank hesabına (Bank rekvizitləri: Филиал «Центральный» Банка ВТБ, ИНН получателя: 9909058879, Номер счета получателя платежа: 40807810300280209497, БИК: 044525411, Корсчет: 30101810145250000411, КПП: 667161001) ödənilməsini təsdiq edən qəbz;
  • Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi ilə bağlı müraciət və eyni zamanda geri göndərilişi poçt xidməti vasitəsilə (СДЭК) həyata keçiriləcəyi halda, üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış poçt markası yapışdırılmış zərfin təqdim edilməsi zəruridir. Qeyd edək ki, poçt xidmətləri ödənişi vətəndaşın özü tərəfindən həyata keçirilir. Baş konsulluq sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı bir məsuliyyət daşımır.

 

Son yenilənmə tarixi: 07.02.2022

 

Arxiv üzrə axtarış