2020-02-05

Cari ilin 30 yanvar tarixində Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulu İlqar İskəndərovun Rusiyanın “Uralskiye avialinii” aviaşirkətinin rəhbər heyəti ilə görüşü olmuşdur.

Görüşdə şirkətin ölkəmizlə uzun müddət ərzində mövcud olan əməkdaşlıq əlaqələrindən danışılmış, Azərbaycan Hava Yolları milli aviasiya şirkəti ilə birgə ölkəmizə uçuşların həyata keçirilməsi, sərnişinlərə göstərilən xidmətlər və bir sıra digər məsələlər müzakirə olunmuşdur.

Arxiv üzrə axtarış