Rusiya Federasiyasının Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş konsulluğunun iştirakı ilə 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib.
Rusiya Federasiyasının Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş konsulluğunun iştirakı ilə
20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib.
Rusiya Federasiyasının Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Yekaterinbirq şəhərindəki Baş konsulluğunun yaxından iştirakı ilə 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirildi. Anım tədbiri “Qanlı Yanvar” faciəsini əks etdirən fotoşəkillərin sərgisi ilə başladı.
Daha sonra şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himnlərinin səslənməsi ilə başlanan anım tədbirində 20 yanvar hadisələrinə dair film nümayiş olunmuş və çıxışlar edilmişdir.
Tədbirdə çıxış edən “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski, Sverdlovski vilayətinin deputatı Vaqner Mixayloviç, Sverdlovski vilayətinin insan hüquqları üzrə müvəkkili Tatyana Merzlyakova, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki rəhbəri Toğrul Həsənzadə və Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğununun başçısı vəzifəsini icra edən Şöhrət Mustafayev çıxış edərək tariximizə “Qara Yanvar” kimi daxil olmuş və Ümumxalq Hüzn Günü kimi anılan 20 yanvar faciəsinin eyni zamanda, Azərbaycan xalqının iradəsinin sarsılmazlığının nümunəsi olaraq yazıldığını diqqətə çatdırmışlar. Natiqlər qeyd etmişlər ki, bu tarix, Azərbaycan milli kimliyinin formalaşmasında həlledici rol oynamış, dövlət müstəqilliyimizin bərpa olunmasında dönüş nöqtəsi olmuşdur.
Tədbirdə, beynəlxalq hüququn normaları, keçmiş SSRİ və Azərbaycan SSR-nin konstitusiyaları kobudcasına pozularaq, dinc əhaliyə qarşı qırğının törədilməsində keçmiş SSRİ rəhbərliyinin birbaşa məsulliyyət daşıdığı və 20 yanvar faciəsinin üzərindən 32 il keçməsinə baxmayaraq, XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymətin hələ də verilməməsi xüsusi qeyd olunmuşdur.
Eyni zamanda, natiqlər, faciədən dərhal sonra Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək mətbuat konfransı keçirdiyini, bu vəhşiliyi kəskin şəkildə pislədiyini, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymətini verilməsini və günahkarların cəzalandırılmasını tələb etdiyini, məhs onun təşəbbüsü ilə 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildiyini və 20 Yanvarın – Ümumxalq Hüzn Günü elan edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.
Həmçinin, çıxışçılar, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında tarixi və hüquqi ədalətin bərpa olunması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi daxildə olduğu kimi, xarici ölkələrdə yaşayan hər bir azərbaycanlının qürur qaynağına çevrildiyini vurğulamışdır.