2022-05-11

Sverdlovsk vilayətinin qubernatorunun müavini-Beynəlxalq xarici iqtisadi əlaqələr naziri cənab Vasiliy Valerieviç Kozlov Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsul v.i.e Şöhrət Mustafayevi qəbul etdi.

11 may 2022-ci il tarixində Sverdlovsk vilayətinin qubernatorunun müavini-Beynəlxalq xarici iqtisadi əlaqələr naziri cənab Vasiliy Valerieviç Kozlov Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsul v.i.e Şöhrət Mustafayevi qəbul etdi. Görüşdə ölkəmizlə Sverdlovsk vilayəti arasında mövcud olan iqtisadi, mədəni və humanitar sahədə əməkdaşlığın gələcək perspektivləri müzakirə olundu. Səmimi qəbula görə cənab nazirə təşəkkür edən Ş. Mustafayev, bəhs olunan sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlara sahib olduqlarını və bu istiqamətdə çalışmaların davam edəcəyini vurğulamışdır. 

 

Arxiv üzrə axtarış