2022-05-15

Tümen şəhərində Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun nümayəndələri Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Tümen şəhəri üzrə Miqrasiya məsələləri idarəsinin rəisi, xanım Surovneva Alena Valerievna və onun müavini Zamorov Aleksey Mixailoviçlə görüş keçirmişdir

Tümen şəhərində Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun başçısı v.i.e Şöhrət Mustafayev və konsul Əsgər Əsgərov Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Tümen şəhəri üzrə Miqrasiya məsələləri idarəsinin rəisi, xanım Surovneva Alena Valerievna və onun müavini Zamorov Aleksey Mixailoviçlə görüş keçirmişdir. Görüşdə miqrasiya sahəsində vətəndaşlarımızın qarşılaşdıqları problemlər müzakirə olunmuş, həmçinin müvafiq sahə üzrə qarşılaşılması mümkün olan problemlərin operativ qaydada həll olunması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə razılıq əldə olunmuşdur.

Arxiv üzrə axtarış