Rusiya Federasiyasının Tümen şəhərində səyyar konsulluq xidməti həyata keçirldi.
13 may 2022-ci il tarixində Rusiya Federasiyasının Tümen şəhərində Baş konsul v.i.e Şöhrət Mustafayevin və Baş konsulluğun əməkdaşlarının həmin şəhərdə yaşayan vətəndaşlarla görüşü keçirildi. Görüş zamanı vətəndaşlarımızın problemləri ilə yaxından maraqlanıldı, qarşılaşılan problemlərin həlli istiqamətində fikir mübadiləsi aparıldı, habelə ilk səyyar konsulluq xidməti həyata keçirilərək, vətəndaşların müxtəlif konsulluq əməliyyatları üzrə müvafiq sənədləri yerində qəbul edildi. Bununla yanaşı vətəndaşlara Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunda konsulluq sahəsi üzrə tətbiq olunan yeniliklər, IVR sistemi, elektron qəbul sistemi, elektron və poçt vasitəsilə müraciət qaydaları haqqında ətraflı məlumat verildi.