2022-05-17

Rusiya Federasiyasının Yekaterinburq şəhərində fəaliyyət göstərən və Ural Dövlət Mədən Universitetində təhsil alan xarici tələbələrin “V Beynəlxalq Dostluq festivalı” keçirilidi

16 may 2022-ci il tarixində Rusiya Federasiyasının Yekaterinburq şəhərində fəaliyyət göstərən və Ural Dövlət Mədən Universitetində təhsil alan xarici tələbələrin “V Beynəlxalq Dostluq festivalı” keçirilmişdir. Tədbirdə universitetin rəhbərliyi, yerli ictimai təşkilatlar və təhsil müəssisələrinin rəhbərlikləri, eləcədə Yekaterinburq şəhərində yerləşən xarici ölkələrin Baş konsulluqları ilə yanaşı, Baş konsulluğumuzun vitse-konsulu Elnur Novruzov iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan universitetin rektoru A.V Duşin, universitet haqqında qısa məlumat vermiş və tədbir iştirakçılarını salamlamışdır. Daha sonra  E. Novruzov çıxış edərək tədbirin mahiyyəti əhəmiyyətindən danışmışdır. 

Qeyd edək ki, tədbirdə universitetin azərbaycanlı tələbəsi Elena Mirzəyeva doğma dilimizdə “Ana” şerini səsləndirmişdir.

Arxiv üzrə axtarış