2022-05-23

Baş konsul v.i.e Şöhrət Mustafayevin və Baş konsulluğun əməkdaşlarının Yekaterinburq şəhərində fəaliyyət göstərən diaspor fəalları, habelə bu şəhərdə yaşayan Azərbaycan Respublikası vətəndaşları ilə görüşü keçirildi

22 may 2022-ci il tarixində Baş konsul v.i.e Şöhrət Mustafayevin və Baş konsulluğun əməkdaşlarının Yekaterinburq şəhərində fəaliyyət göstərən diaspor fəalları, habelə bu şəhərdə yaşayan Azərbaycan Respublikası vətəndaşları ilə görüşü keçirildi. Görüş zamanı Baş konsulluğun fəaliyyəti ilə, xüsusilə konsulluq sahəsində vətəndaşları maraqlandıran suallar ətraflı cavablandırıldı, onların qarşılaşdıqları problemlər ətrafında fikir mübadiləsi aparıldı və bu çərçivədə Baş konsulluğun gələcək fəaliyyətinin müəyyən olunması üçün müvafiq qeydlər götürüldü. Eyni zamanda, konsulluq xidməti üzrə AR Yekaterinburq Baş konsulluğunda tətbiq olunan yeniliklər, xüsusilə IVR (Interactive Voice Response) sistemi, elektron qəbul sistemi, elektron və fiziki poçt vasitəsilə uzaqdan müraciət qaydaları haqqında vətəndaşlara bir daha əhatəli məlumat verildi.

 

Arxiv üzrə axtarış