2022-05-31

Yekaterinburq şəhərinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr arasında Azərbaycan Respublikasının Müstəqillik Gününə və “Şuşa ili” nə həsr olunmuş 1-ci mini-futbol turniri keçirilib

28 may 2022-ci il tarixində Baş konsulluğun təşkilatçılığı və “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının, habelə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Sverdlovsk vilayətindəki nümayəndəliyinin təşkilatı dəstəyi ilə Yekaterinburq şəhərinin müxtəlif universitetlərində təhsil alan və 7 komandadan ibarət azərbaycanlı tələbələr arasında 28 May - Müstəqillik Gününə və “Şuşa İli” nə həsr olunmuş 1-ci mini futbol turniri keçirilib.

Turnirin rəsmi açılışı Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnlərinin səslənməsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının və şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Daha sonra Baş konsul v.i.e Şöhrət Mustafayevin, “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının sədri Şahin Şıxlinskinin və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadənin müsabiqə iştirakçıları qarşısında çıxışı ilə davam etmişdir.

Turnirdə Ural Tibb Universitetinin “Şuşa UNİTED”, Ural Tibb Universitetinin “Futbovraçi”, “AMOR”, “Azərbaycan-Ural”, Ural Dövlət Hüquq Universitetinin “Zəfər”, Ural Federal Universitetinin “AzklubUrFU” və Ural Dövlət İqtisad Universitetinin “UrGEUAzəri” komandaları iştirak ediblər. Bütün komandaların kapitanlarının bel nömrələri Şuşa şəhərinin simvolu olaraq 58 rəqəmi ilə müəyyən olunmuşdur.

Yarışın nəticələrinə görə qaliblər aşağıdakı kimi müəyyən olunub:

1-ci yer - AMOR

2-ci yer - Ural Federal Universiteitinin "AzklubUrFU"

3-cü yer - Sverdlovsk regional diaspor təşkilatı "Azərbaycan-Ural"

Baş konsul v.i.e Şöhrət Mustafayev, Baş konsulluğun əməkdaşları və “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski qaliblərə müsabiqə kubokunu, fəxri fərmanları, qiymətli hədiyyələri, habelə Baş konsulluq tərəfindən 1,2 və 3-cü yerlər üçün müəyyən olunmuş pul mükafatlarını təqdim ediblər.

Arxiv üzrə axtarış