Baş konsulluq tərəfindən Novosibirsk şəhərində səyyar konsulluq xidməti həyata keçirildi
Cari ilin 06 iyun tarixində Novosibirsk şəhərində fəaliyyət göstərən diaspor fəalları, habelə bu şəhərdə yaşayan vətəndaşlarımızla görüş və 2-ci səyyar konsulluq xidməti həyata keçirildi. Görüş zamanı vətəndaşları maraqlandıran suallar ətraflı cavablandırıldı, onların qarşılaşdıqları problemlər ətrafında fikir mübadiləsi aparıldı və bu çərçivədə gələcək fəaliyyətimizin müəyyən olunması üçün müvafiq qeydlər götürüldü. Eyni zamanda, konsulluq xidməti üzrə AR Yekaterinburq Baş konsulluğunda tətbiq olunan yeniliklər, xüsusilə IVR (Interactive Voice Response) sistemi, elektron qəbul sistemi, elektron və fiziki poçt vasitəsilə uzaqdan müraciət qaydaları haqqında vətəndaşlarımıza bir daha əhatəli məlumat verildi. Vətəndaşların konsulluq əməliyatları ilə bağlı sənəd müraciətləri yerində qəbul olundu.