2022-06-10

Kemerovo-Kuzbass vilayətinin qubernatorunun müavini xanım Olqa Vladislavovna Turbaba Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun başçısı v.i.e Şöhrət Mustafayevi qəbul etdi

Cari ilin 08 iyun tarixində Kemerovo-Kuzbass vilayətinin qubernatorunun müavini xanım Olqa Vladislavovna Turbaba Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun başçısı v.i.e Şöhrət Mustafayevi qəbul etdi. Qısa tanışlıqdan sonra ölkəmizlə Kemerovo-Kuzbass vilayəti arasında mövcud olan iqtisadi, mədəni və humanitar sahədə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunmuş, habelə tərəflər qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparmış və təkliflər irəli sürmüşlər.

Arxiv üzrə axtarış