2022-06-28

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun başçısı vəzifəsini icra edən Şöhrət Mustafayev Vladivostok şəhərinə səfəri çərçivəsində Primorsk diyarının 1-ci vitse-qubernatoru, hökumətin sədri xanım Vera Qeorqiyevna Şerbina ilə görüşmüşdür

Cari ilin 24-26 iyun tarixlərində Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun başçısı vəzifəsini icra edən Şöhrət Mustafayev Vladivostok şəhərində səfərdə olmuşdur. Səfər çərçivəsində  Primorsk diyarının 1-ci vitse-qubernatoru, hökumətin sədri xanım Vera Qeorqiyevna Şerbina Ş. Mustafayevi qəbul etmişdir. Görüşdə xanım V.Qeorqiyevna qonaqları salamlamış və Primorsk diyarının iqtisadi və mədəni imkanlarından bəhs edərək, Azərbaycanla müvafiq istiqamətlər üzrə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirmişdir. Daha sonra çıxış edən Ş. Mustafayev, səmimi qəbula görə xanım Vera Qeorqievinaya təşəkkür etmiş və gələcəkdə Primorsk diyarı ilə iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, görüş iştirakçılarına Azərbaycanın geniş iqtisadi və turizm imkanları haqqında ətraflı məlumat vermişdir. 

Arxiv üzrə axtarış