Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun başçısı vəzifəsini icra edən Şöhrət Mustafayev Xabarovsk şəhərinə səfəri çərçivəsində Xabarovsk diyarının İqtisadi inkişaf nazirinin müavini xanım Valentina Vladimirovna Filonenko ilə görüşmüşdür
Cari ilin 26-28 iyun tarixlərində Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun başçısı vəzifəsini icra edən Şöhrət Mustafayev Xabarovsk şəhərində səfərdə olmuşdur. Səfər çərçivəsində Ş. Mustafayevin Xabarovsk diyarının İqtisadi inkişaf nazirinin müavini xanım Valentina Vladimirovna Filonenko ilə görüşü keçirilmişdir. Görüşdə xanım V. Vladimirovna qonaqları salamlamış və Xabarovsk diyarının iqtisadi və mədəni imkanlarından bəhs edərək, Azərbaycanla müvafiq istiqamətlər üzrə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirmişdir. Daha sonra çıxış edən Ş. Mustafayev, səmimi qəbula görə xanım V. Vladimirovnaya təşəkkür etmiş və gələcəkdə Xabarovsk diyarı ilə iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.