2022-06-29

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğu tərəfindən Xabarovsk şəhərində 5-ci Səyyar konsulluq xidməti keçirilmişdir

Cari ilin 26-28 iyun tarixlərində Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun başçısı vəzifəsini icra edən Şöhrət Mustafayevin Xabarovsk şəhərinə səfəri çərçivəsində həmin şəhərdə və ətraf rayonlarda yaşayan diaspora fəalları və Azərbaycan Respublikasının vətəndaşları ilə görüşü keçirilmişdir. Görüşdə Xabarovsk diyarında yaşayan vətəndaşlarımızın ümumi problemləri ilə yaxından maraqlanılmış, Baş konsulluqda son 5 ay ərzində tətbiq olunan yeniliklər barədə görüş iştirakçılarına ətraflı məlumat verilmişdir. Eyni zamanda, Baş konsulluq tərəfindən RF-nin regionlarda yaşayan vətəndaşlara səyyar konsulluq xidmətinin göstərilməsi ilə bağlı öncədən müəyyən olunmuş qrafıq üzrə Xabarovsk şəhərində 5-ci Səyyar konsulluq xidməti uğurla həyata keçirilmişdir.

Arxiv üzrə axtarış