2022-08-08

Baş konsulluğun nümayəndələri Omsk şəhərinin əsasının qoyulmasının 306-cı ildönümü münasibətilə keçirilmiş “Omsk günləri” tədbirlərində iştirak etmişdir

05-07 avqust 2022-ci ildə Omsk şəhərinin əsasının qoyulmasının 306-cı ildönümü münasibətilə keçirilən “Omsk günləri” tədbirlərində iştirak etmək məqsədilə Baş konsulluğun nümayəndələri həmin şəhərə səfər etmişdir. Səfər çərçivəsində Baş konsul v.i.e Şöhrət Mustafayev həm tədbirin açılış mərasimində, həm də rəsmi yeməkdə çıxış edərək, Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasından, habelə keçən dövr ərzində ölkələrimiz arasında münasibətlərin daima yüksələn xətt üzrə inkişaf etməsindən bəhs etmişdir. Çıxışının sonunda Ş. Mustafayev,  “Omsk günləri” münasibətilə tədbir iştirakçılarını təbrik etmiş və şəhər meri cənab S. N. Şeleste Azərbaycanın milli ornamentlərini tərənnüm edən suvenir xalça hədiyyə etmişdir. Sözügedən tədbirdə Azərbaycanla yanaşı Vyetnamın, Tacikistanın, Qazaxıstanın Baş konsulluqları, həmçinin Rusiyanın və Belarusiyanın müxtəlif regionlarından yüksək səviyyəli qonaqlar iştirak edirdilər.

“Omsk günləri” ilə bağlı silsilə tədbirlər əyləncəli proqramlarla davam etmişdir.

 

Arxiv üzrə axtarış