2022-08-15

Yekaterinburq şəhərində 11 avqust 1979-cu ildə təyyarə qəzası nəticəsində faciəvi şəkildə həlak olan “Paxtakor-Daşkənd” komandasının xatirəsinə həsr olunmuş futbol turniri keçirilmişdir.

14 avqust 2022-ci ildə - Özbəkistanın Yekaterinburqdakı Baş konsulluğunun dəvəti ilə Baş konsul v.i.e Şöhrət Mustafayev 11 avqust 1979-cu ildə təyyarə qəzası nəticəsində faciəvi şəkildə həlak olan “Paxtakor-Daşkənd” komandasının xatirəsinə həsr olunmuş futbol turnirində fəxri qonaq qismində iştirak və çıxış etmişdir.

Eyni zamanda, turnirin açılış mərasimində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Yekaterinburq şəhərindəki nümayəndəliyinin məsul əməkdaşı Aleksandr İvanov, Yekaterinburq Şəhər İcra Hakimiyyəti başçısının müavini-aparat rəhbəri Marina Fadeyeva, Özbəkistanın Baş konsulu Abdusalom Xotamov, Qırğızıstanın Baş konsulu Ruslan Biybosunov və Tacikistanın Baş konsulu Zəfər Sayidzoda çıxış etmişlər.

Futbol turniri Özbəkistanın Yekaterinburq şəhərindəki Baş konsulluğu tərəfindən təşkil olunmuş və Yekaterinburq şəhərinin Lokomotiv stadionunda keçirilmişdir.

Arxiv üzrə axtarış