2022-08-15

Baş konsulluğun təşkilatçılığı və “Azərçay”ın Ural nümayəndəliyinin dəstəyi ilə ölkəmiz 12-13 avqust 2022-ci ildə Sverdlovsk vilayətinin İrbit şəhərində keçirilən “2022 İrbit çay festivalında” (İrbit yarmarkasında) iştirak etmişdir.

12-13 avqust 2022-ci ildə Sverdlovsk vilayətinin İrbit şəhərində keçirilən “2022 İrbit çay festivalında” (İrbit yarmarkasında) ölkəmiz Baş konsulluğun təşkilatçılığı və “Azərçay”ın Ural nümayəndəliyinin dəstəyi ilə yüksək səviyyədə iştirak etmişdir. Festivalda Azərbaycan üçün ayrılan çadırda ölkəmizin müxtəlif çay çeşidləri ilə yanaşı, xalqımızın tarixi sənət nümunələrini və Qarabağın simvollarını özündə əks etdirən foto, kitab, suvenir və.s əyani vəsaitlər nümayiş etdirilmişdir. Azərbaycan çadırını çoxsaylı qonaqlarla yanaşı, Sverdlovsk vilayətinin qubernatoru cənab Y.V. Kuyvaşev ziyarət etmiş və çadırda nümayiş olunan mədəniyyət nümunələri ilə yaxından tanış olmuşdur.    

Arxiv üzrə axtarış