2022-08-16

Yekaterinburq şəhər merinin müavini-administrasiyanın aparat rəhbəri xanım Marina Fadeyeva və Meriyanın Beynəlxalq və xarici iqtisadi əlaqələr idarəsinin rəisi xanım Anastasiya Kolpaşikova Baş konsulluğu ziyarət etmişdir

Yekaterinburq şəhər merinin müavini-administrasiyanın aparat rəhbəri xanım Marina Fadeyeva və Meriyanın Beynəlxalq və xarici iqtisadi əlaqələr idarəsinin rəisi xanım Anastasiya Kolpaşikova Baş konsulluğu ziyarət etmişdir. Ziyarət çərçivəsində Baş konsul v.i.e Şöhrət Mustafayevlə görüş keçirilmişdir. Görüşdə, ölkəmizlə Yekaterinburq şəhəri arasında mədəniyyət və iqtisadiyyat sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılmış, habelə bu çərçivədə qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir.

Səmimi qəbula görə Ş. Mustafayevə öz minnətdarlığını bildirən xanım M. Fadeyeva, Baş konsulluğun kitabxanası ilə yaxından tanış olmuşdur. Kitabxana ilə tanışlıq zamanı qonaqlara Azərbaycanın xalçaçılıq sənəti və onun tarixi barədə ətraflı məlumat verilmişdir.

Arxiv üzrə axtarış