2022-08-22

Yekaterinburq şəhərinin əsasının qoyulmasının 299-cu ildönümünə həsr olunmuş tədbirdə Baş konsulluq yaxından iştirak etdi

20 avqust 2022-ci il tarixində Yekaterinburq şəhərinin əsasının qoyulmasının 299-cu ildönümü münasibətilə keçirilən “Yekaterinburq günü” ilə əlaqədar olaraq, Yekaterinburq şəhər administrasiyası tərəfindən təşkil olunan tədbirdə Baş konsulluq yaxından iştirak etmişdir. Proqrama uyğun olaraq, saat 09:00-da furşetlə başlayan “şəhər günü”nün rəsmi hissəsi şəhər meri A.V. Orlovun, Sverdlovsk vilayətinin qubernatoru Y.V. Kuyvaşevin, ölkə prezidentinin Sverdlovsk vilayəti üzrə xüsusi nümayəndəsi V.V. Yakuşevin və Sverdlovsk vilayəti qanunvericilik Məclisinin sədri L. Babuşkinanın çıxışları və digər mədəni tədbirlərlə davam etmişdir. Müxtəlif mədəni-kütləvi tədbirlərdən sonra, Yekaterinburq şəhərinin əsasını qoyan V.N. Tatişevin və Q.V. de Qenninin abidəsi önünə gül qoyma mərasimi keçirilmişdir. Baş konsul v.i.e Ş. Mustafayev mərasimdə iştirak etmiş və abidənin önünə gül dəstələri qoymuşdur. Tədbirin sonunda şəhər administrasiyası tərəfindən “şəhər günü” ilə əlaqədar olaraq, Yekaterinburqda akkreditasiya olunan Baş konsulluqlardan, həmçinin bu şəhərdə yaşayan xarici ölkə vətəndaşlarından öz doğma dillərində qısa metrajlı təbrik videosunun yayınlanması aksiyası keçirilmişdir. Aksiyada Ş. Mustafayev öz ailə üzvləri ilə birlikdə iştirak etmişdir. Təbrik marafonu üçün hazırlanan video çarxlar şəhər administrasiyasının https://t.me/EKB_international teleqram kanalında yayınlanmışdır.

 

Arxiv üzrə axtarış