Yekaterinburq şəhərində “Ural Xalqları Günü” keçirildi
04 sentyabr tarixində “Orta Ural Xalqlarının Günü” münasibətilə “Azərbaycan-Ural” milli-mədəni İctimai təşkilatının xüsusi zövqlə hazırladığı “Azərbaycan evində" xalqımızın mədəniyyət və kulinariyasının nümunələri yüksək səviyyədə təqdim olunub. Sverdlovsk hökumətinin təşkil etdiyi və Yekaterinburq şəhərinin bütün xalqları üçün nəzərdə tutulmuş tədbirdə digər xalqların evləri ilə yanaşı, “Azərbaycan evi”ni ziyərət edən Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev, Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin sədri Lyudmila Babuşkina, Yekaterinburq şəhərinin meri Aleksey Orlov, İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Merzlyakova və çoxsaylı ziyarətçilər öz məmnunluqlarını ifadə edərək, milli mətbəximizin müxtəlif təamlarını dadıb, milli mahnı və rəqslərimizə baxaraq xoş təəssüratlarla ayrılıdılar. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğun başçısı v.i.e Şöhrət Mustafayev və Baş konsulluğun əməkdaşları tədbirin təşkilatçılarına, eləcə də musiqi və rəqs ansamblına xalqımızın mədəniyyətini yüksək peşəkarlıqla nümayiş etdirdiklərinə görə öz təşəkkürlərini bildirmişlər.