Baş konsulluq tərəfindən Surqut şəhərində Səyyar konsulluq xidməti həyata keçirildi
02 oktyabr 2022-ci ildə Surqut şəhərində fəaliyyət göstərən diaspor fəalları, habelə bu şəhərdə yaşayan vətəndaşlarımızla görüş və 10-cu Səyyar konsulluq xidməti həyata keçirildi. Görüş zamanı vətəndaşları maraqlandıran suallar ətraflı cavablandırıldı, onların qarşılaşdıqları problemlər ətrafında fikir mübadiləsi aparıldı və bu çərçivədə gələcək fəaliyyətimizin müəyyən olunması üçün müvafiq qeydlər götürüldü.
Eyni zamanda, konsulluq xidməti üzrə AR Yekaterinburq Baş konsulluğunda tətbiq olunan yeniliklər, xüsusilə IVR (Interactive Voice Response) sistemi, Baş konsulluğun yenilənmiş rəsmi internet səhifəsi, elektron qəbul sistemi, elektron və fiziki poçt vasitəsilə uzaqdan müraciət qaydaları haqqında vətəndaşlarımıza bir daha əhatəli məlumat verildi. Vətəndaşların konsulluq əməliyatları ilə bağlı sənəd müraciətləri yerində qəbul olundu.